Naxçıvanda qəzalı vəziyyətdə olan MƏKTƏB BİNASI

07:06 05-09-2023 | icon 115 | Təhsil
Naxçıvanda qəzalı vəziyyətdə olan MƏKTƏB BİNASI

Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən aparılan yoxlamalar nəticəsində Naxçıvanda bir məktəbin qəzalı vəziyyətdə olduğu aşkarlanıb.

 

Versus.Az xəbər verir ki, mütəxəssislər tərəfindən aparılan yoxlamalar nəticəsində məlum olub ki, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin binası standartlara uyğun tikilməyib.

 

Belə ki, 2007-ci ildə istifadəyə verilən binanın ikinci mərtəbəsində döşəmənin mövcud yükgötürmə potensialı standartdan dəfələrlə aşağıdır. Bunun da nəticəsində şagirdlərin hərəkəti zamanı həmin ərazidə silkələnmə baş verir. Bu isə ikinci mərtəbəni məktəbin foyesinə çökmə təhlükəsi ilə üz-üzə qoyub. Bu səbəbdən hazırda binada metal-konstruksiya işləri aparılır, mövcud çatışmazlıq aradan qaldırılır.

 

Naxçıvan Muxtar Respublikası təhsil naziri Rəhman Məmmədov bildirib ki, məktəbin binası zirzəmi ilə birlikdə dörd mərtəbəlidir və 2007-ci ildə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən onun sifarişi əsasında “Gəmiqaya” holding şirkəti tərəfindən inşa olunaraq istifadəyə verilib.

 

FHN-in Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən aparılan yoxlamalar nəticəsində məktəbdə bərpa gücləndirmə işlərinin aparılması qərara alınıb. Hazırda məktəbdə bərpa gücləndirmə işləri aparılır. Bərpa gücləndirmə işlərinin sentyabrın 15-dək başa çatması planlaşdırılır.

 

Qeyd edək ki, yeni inşa olunmasına baxmayaraq, layihəsinin yararsız olması və inşaat işlərinin düzgün aparılmaması səbəbindən Babək rayonunun Hacıvar kənd tam orta məktəbi də eyni aqibəti yaşayıb. 2005-ci ildə istifadəyə verilən 252 yerlik məktəbin binası texniki-tikinti normalarının kobud şəkildə pozulmasına görə sökülüb. Ərazidə yeni məktəb binası inşa olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

ABŞ-dan Qarabağ erməniləri üçün absurd QARANTİYA İSTƏYİ

Qarabağdakı separatçıların tərkisilah edilməsinə BAŞLANILDI

Fransanın, Ermənistanın növbəti UĞURSUZLUĞU

"Azərbaycanı hədələməyin başqa bir adı yoxdur”

"27 sentyabrda müharibənin başlanma şəraitini özü yaratdı"