Kasıblar üçün binaların tikintisi BAŞLAYIR

08:15 05-09-2023 | icon 110 | İqtisadiyyat
Kasıblar üçün binaların tikintisi BAŞLAYIR

Ekspertlər hesab edir ki, sosial layihənin müsbət tərəfləri olsa da...

 

Dövlətə məxsus Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində olan “MİDA” MMC Bakı şəhəri, Binəqədi rayonunda əhalinin aşağı gəlirli  təbəqələri üçün 15 çoxmənzilli yaşayış binasının, 80 yerlik uşaq bağçasının tikintisi ilə bağlı 3 müqavilə imzalayıb.

 

Marja.az xəbər verir ki, müqavilələrin cəmi məbləği 54 milyon 65 min manatdır.

 

Yaşayış kompleksi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində tikiləcək.

 

“MİDA” MMC 14, 15, 16 nömrəli çoxmənzilli yaşayış binalarının və 80 yerlik uşaq bağçasının tikintisi üçün “Amal Group” MMC ilə 12 milyon 299 min manatlıq, 23, 24, 25, 26, 27 və 28 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün Hünər İnşaat Firması ilə 20 milyon 932 min  manatlıq,  17, 18, 19, 20, 21 və 22 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üşün yenə “Amal Group” MMC ilə 20 milyon 834 min manatlıq müqavilələr imzlayıb.

 

MİDA mənzilləri güzəştli satır. “Güzəştli mənzil” dedikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan və vətəndaşların güzəştlə əldə edə biləcəyi mənzillər nəzərdə tutulur.

 

Belə mənzili əldə etdikdə vətəndaş iki əsas güzəştdən yararlana bilər:

 

1)   Güzəştli mənzilin satış qiyməti yerləşdiyi ərazidəki digər analoji mənzillərin bazar qiymətindən aşağıdır.

 

2)   Vətəndaş mənzili Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun, müddəti 30 ilədək (4%-lik) olan güzəştli ipoteka krediti hesabına əldə etmək imkanına malikdir.

 

Eyni zamanda, mənzil vətəndaşa tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.

 

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyaları  “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ilə müəyyən edilib.

 

Ekspertlər hesab edirlər ki, sosial layihənin müsbət tərəfləri olsa da, bəzi şərtlər vətəndaşları qane etmir.

 

Ekspert: “İpoteka kreditlərinin verilmə şərtləri nəzərəçarpacaq dərəcədə  yaxşılaşıb” - 13.08.2021, Sputnik Azərbaycan

Elnur Azadov 

 

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov “Yeni Müsavat”a bildirdi ki, şərtlər sivil olsa da, bəzi vətəndaşların haqlı narazılığı var: “Ölkənin hər yerində yüksək sürətli internetə çıxış yoxdur. Bu baxımdan bərabərlik prinsipi pozulur. Seçim püşkatma, lotereya üsulu ilə həyata keçirilsə, vətəndaşlar arasında şübhələr azalar. Güzəştli mənzillərin qiyməti olduqca ucuzdur. Əmlak bazarındakı mövcud qiymətləri nəzərə alsaq, kifayət qədər əlverişlidir. O ki qaldı mənzillərin keyfiyyətinə, yaxşı olar ki, təmir müddəti bir qədər artıq olsun”.

 

Tikinti materialları niyə bahalaşır? – ekspert səbəbləri açıqlayır -  16.08.2021, Sputnik Azərbaycan

Elnur Fərzəliyev

 

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bu sosial layihəni müsbət qiymətləndirir.  “Yeni Müsavat”a şərhində ekspert qeyd etdi ki, layihə hesabına yüzlərlə vətəndaş güzəştli şərtlərlə mənzil sahibi olur: “Bəzi vətəndaşların isə əsaslı narazılıqları var, çünki hər dəfə müraciət etsələr də, mənzil əldə edə bilmirlər. Əsas səbəb budur ki, satış kütləvi şəkildə təşkil olunur. Bir mənzil üçün yüzlərlə insan mübarizə aparır.  Bu narazılığın aradan qalxması, şəffaflığın qorunması üçün hər satışda müəyyən edilmiş kateqoriyadan vətəndaşlar iştirak etməlidirlər. Digər tərəfdən, müşahidələr göstərir ki, kompüter biliyi olan vətəndaşların mənzil əldə etmək şansı daha çoxdur. Bu baxımdan, seçim qaydaları sadələşdirilməlidir. Qiymətlərlə bağlı şərtlər isə əlverişlidir: ilkin ödəniş, aylıq ödəniş azdır. Evə ehtiyacı olan insanlar üçün bu layihədən mənzil əldə etmək daha sərfəlidir. Mənzillərin keyfiyyətinə isə tikinti şirkətləri ilə yanaşı, təhvil alan dövlət qurumları məsuliyyət daşıyır”.

 

Ekspertin fikrincə, müraciətlər ətraflı araşdırılmalıdır. “Evi olan şəxslərin bu layihəyə müraciət etməsi doğru deyil”, deyə o qeyd edib.

 

Eldəniz Əmirov: Azərbaycan ilə Macarıstan arasında ticarət dövriyyəsi  kəskin şəkildə artacaq - AZƏRTAC

Eldəniz Əmirov

 

İqtisadçı ekspert Eldəniz Əmirov mövzunu belə şərh etdi:

 

“MİDA-nın fəaliyyətində, eyni zamanda təkmilləşdirmə prosesində irəliləyiş var. Bu fəaliyyətin nəticəsi olaraq güzəştli mənzil əldə etmək hüququna malik olan şəxslər iki qrupa bölünüb: 35 yaşdan nisbətən gənc olanlar; yaşından və ailə vəziyyətindən asılı olmayan digər şəxslər. Hər iki qrup alt qruplara bölünüb. Ümumilikdə, 17 alt qrup mövcuddur. Bu alt qruplarda fərqləndirilmələrə çox böyük ehtiyac var. İlk növbədə maddi cəhətdən evə daha çox ehtiyacı olan şəxslərə üstünlüyün verilməsi mütləqdir. Bu binalardan mənzil əldə edənlər və kənarda qalanlar arasındakı vəziyyəti müqayisə etdikdə görürük ki, bəzən elə hallar olur ki, daha çox ehtiyacı olan şəxslər kənarda qalırlar. Əsas səbəb seçimin onlayn qaydada aparılmasıdır. Prosesin bu formada keçirilməsini doğru hesab etmirəm, çünki şans oyununa bənzəyir. Xüsusi kateqoriyadan olan vətəndaşlar - şəhid ailələri, hərbçilər, müəllimlər, alimlər sanki öz aralarında lotereya oynayırlar. Hətta lotereya daha ədalətlidir, nəinki onlayn sistem, çünki hazırkı şərtlərdə həm də İT bacarıqlar xüsusi rol oynayır. İdmançı ilə fiziki məhdudiyyətli vətəndaşlar bərabər mübarizəyə buraxılır. Daha çox ehtiyacı olan şəxslər arasında çevik olanların şansı artıqdır. Mübarizə qeyri-bərabər şərtlərlə aparılmamalıdır. Vətəndaşlar arasında kəskin fərqlənən parametrlər var. Məhz bu parametrləri müəyyən etmək və alt qruplara əlavə etmək lazımdır ki, onların üzərindən vətəndaşlara mənzillər verilsin. Məsələn, vətəndaş bir neçə kateqoriyaya daxildirsə - gəncdir, şəhid ailəsi üzvüdür, hər hansı sahədə uğurları varsa, onlayn seçimdən asılı olmayaraq, mənzillə təmin edilməlidir”.  /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

Parlamentdə YENİLİK

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

İlhan Doğan’ın hayatı film oldu

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

İsveçrədə niqab QADAĞASI