Separatçılar başlarını itiriblər, Paşinyan sərsəmləyir

18:56 05-09-2023 | icon 237 | Siyasət
Separatçılar başlarını itiriblər, Paşinyan sərsəmləyir

Sahib Alıyev: “Paşinyan Moskvanın planlarına mane olmaq niyyəti güdür”

 

"Qarabağdakı qanunsuz rejim ləğv edilməlidir və Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasına heç zaman dözməyəcək". Prezidentin köməkçisi Hikmət Hacıyevin bu açıqlaması əslində həm də dövlətimizin Araik Harutyunyanın Sergey Şaxramanyanla əvəzlənməsinə yanaşmasını ortaya qoyur. Yəni bu, o deməkdir ki, bizim üçün "miatsumçu"nun yaxşısı və pisi yoxdur. Belələri Azərbaycan torpağında olmamalıdırlar, vəssalam.

 

Bunu Versus.az-a Milli Məclisin deputatı Sahib Alıyev  erməni baş nazir Paşinyanın ikibaşlı bəyanatları və Qarabağdakı separatçıların girovda saxladığı Azərbaycan ərazilərində yaratdıqları gərginliyin səbəbləri ilə bağlı açıqlamasında bildirib.

 

Deputat bildirib ki, separatçı rejimin rəhbəri Araik Harutyunyan istefa verməyib. Onun postu da soyqırımları kimi uydurma olduğundan tutduğu "vəzifə"dən getməsi istefa sayılmır. Araik sadəcə, oyundan kənarlaşdırıldı. Bu, bir təfədən İrəvanda mer seçkisinə təsirsiz ötüşməyəcək, digər tərəfdən yəqin, Kreml Türkiyə ilə ABŞ arasında son zamanlar baş verən yaxınlaşmanı görüb 4 sentyabr Ərdoğan-Putin danışıqları öncəsi əlindəki kartları gücləndirmək istəyib:

 

“Arutyunyan Moskvanın cızdığı çevrədən qırağa çıxmasa da, Ermənistanın baş nazirinə az-çox bağlı biri idi. Belə görünür ki, müəyyən bir vaxt çərçivəsində Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi hissəsində proseslər tam Moskvanın diqtəsi altında gedəcək. Yəni açıq oyun başlanır. Arutyunyanı əvəzləyəcək piyadanın ilkin açıqlamaları hər halda bu dəyişiklikdə əsas məqsədin nə olduğunu üzə çıxaracaq".

 

Bu mənada deputat hesab edir ki, Kəlbəcər-Basarkeçər şərti sərhəddində gərginlik yaratmaq, azərbaycanlıların deportasiya edildikləri kəndlərimizdən birindən-Zoddan ordumuzun mövqelərinə zərbə endirmək ya Paşinyanın özünün, ya da onu devirmək üçün yenidən hərəkətə keçənlərin planıdır:

 

“Əgər diqqət yetirsəniz görəcəksiniz ki, Paşinyanla komandası Rusiyanı heç zaman indi olduğu qədər açıq və kəskin tənqid etməyib. Rusiya da 17 sentyabrda İrəvanda keçiriləcək seçki öncəsi paytaxt meri postuna Moskvaya yaxın birini əlyləşdirmək, Ermənistanın baş nazirini tam gözdən salmaq və ardınca da devirmək üçün əlindən nə gəlirsə etməyə çalışır. Ona görə də mümkündür ki,  Fransanın son canfəşanlığından ruhlanan Paşinyan yeni təxribata əl atmaqla cəmiyyətin diqqətini öz istədiyi səmtə yönəltmək, tərəfdarlarını toparlamaq və Moskvanın planlarına maneçilik törətmək niyyəti güdür. Ya da əks tərəf Ermənistan ordusundakı agentlərinə belə bir əmr veriblər ki,  Azərbaycanın cavab addımlarından sonra haylara heç nəyin dəyişmədiyini, əvvəlkindən də acınacaqlı vəziyyətdə olduqlarını göstərsin. Göstərsin ki, Paşinyanın yeni ordu quruculuğu haqada dedikləri cəfəngiyyatdır. Fransanın dəstəyi də, Avropa Birliyinin yarı hərbi missiyasının Ermənistana gətirilməsi də Azərbaycanın önünü kəsə bilməz. Ermənistanın bir xilaskarı varsa, o da Rusiyadır. Amma Rusiyanın ondan gözlənilən addımı atması üçün Nikol Paşinyan Araik Arutyunyanın etdiyini etməlidir. Etmək istəməsə, haylar ayağa qalxıb onu devirməlidirlər”.

 

S.Alıyev hesab edir ki, hansı versiyanın doğru olduğunu çox da gözləmək lazm gəlməyəcək. Tezliklə hər şey bəlli olacaq. Ancaq Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatında da bildirildiyi kimi  iki ölkənin şərti sərhəddində son baş verənlərə görə bütün hallarda məsuliyyəti rəsmi İrəvan daşıyır.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

24 saatın NƏTİCƏLƏRİ

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

Parlamentdə YENİLİK

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

İlhan Doğan’ın hayatı film oldu

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI