Valideynlər əlavə xərcə düşəcək

07:36 06-09-2023 | icon 109 | Təhsil
Valideynlər əlavə xərcə düşəcək

9-cu sinif buraxılış ımtahanlarının ciddiləşməsi bir tərəfdən məsuliyyəti artırsa da, digər tərəfdən valideynlərin qayğısını çoxaldıb.

 

Xezerxeber.az-ın məlumatına görə, əvvəllər ancaq universitet hazırlıqları zamanı xərcə düşən valideynlər indi 9-cu sinifdən etibarən övladını hazırlığa göndərir.

 

Əlavə məşğələ isə əlavə maliyyə itkisi deməkdir.

 

Hazırlıq kurslarından birinin müdir müavini Alcan Hacıyev deyir ki, bunun tendensiyaya çevirilməsinin bir sıra səbəbləri var.

 

Qeyd edək ki, buraxılış imtahanına 1 aylıq təhsil haqları kurslardan asılı olaraq 150-300 manat arasında dəyişir.

 

Hazırlıq kurslarının birinin əməkdaşı Dadaş Ağalarov bildirib ki, kurslarda şagirdlərin imtahana hazırlaşması üçün xüsusi metodlar tətbiq edilir:

 

“Üstəlik kurslar tərəfindən sırf buraxılış imtahanlarına hazırlıq üçün valideynlərə paketlər təqdim edilir. Artıq bir müddətdir ki, buraxılış imtahanı sistemi dəyişib və 300 ballıq sistemə keçirilib. Buna görə də, şagirdlər bəzən yeni metodları qavramaqda çətinlik çəkirlər”.

 

Qeyd edək ki, 9-cu sinifi başa vurub attestat alan şəxslər bu sənədlə yalnız təhsillərini peşə təhsili müəssisələrində və kolleclərdə davam etdirə bilərlər. 9 illik attestatla ali məktəblərə imtahan vermək mümkün deyil.

 

Ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

ABŞ-dan Qarabağ erməniləri üçün absurd QARANTİYA İSTƏYİ

Qarabağdakı separatçıların tərkisilah edilməsinə BAŞLANILDI

Fransanın, Ermənistanın növbəti UĞURSUZLUĞU

"Azərbaycanı hədələməyin başqa bir adı yoxdur”

"27 sentyabrda müharibənin başlanma şəraitini özü yaratdı"