Qərbi Azərbaycanla bağlı 5 sənəd


Əziz Ələkbərli: "Bu sənəd BMT-nin rəsmi sənədi kimi qəbul edilib"
Qərbi Azərbaycan icması son 6 ay ərzində Qərbi Azərbaycan həqiqətləri ilə bağlı 5 sənədi BMT-nin rəsmi sənədi kimi qəbul etdirib. Həmin sənədlər BMT üzvü olan dünya dövlətlərinin bütün rəsmi dillərində yayılıb.
Versus.Az xəbər verir ki, bu fikirləri “Qərbi Azərbaycan icmasının” rəhbəri, deputat Əziz Ələkbərli bildirib:
“Bu Qərbi Azərbaycan həqiqətlərini BMT tribunasından dünya ictimaiyyətinə çatdırmaqdır. Biz eyni zamanda YUNESKO-ya ünvanladığımız Azərbaycan mədəni irsi ilə bağlı sənədin BMT-nin rəsmi sənədinin qəbul olunmasına nail olmuşuq. Bu istiqamətdə iş gedir. Bütün bu sənədlərin yüksək səviyədə qəbul olunması Qərbi Azərbaycan həqiqətlərinin BMT-nin tirbunasından etirafıdır. Təbii ki, cənab Prezident 24 dekabrda Qərbi Azərbaycan icmasında olarkən orda etdiyi çıxışı zamanı dediyi kimi, insanlarımız öz tarixi torpaqlarına qayıdacaqlar, bu qayıdışın alternativi yoxdur, bu həmin insanların beynəlxalq hüquqa söykənən haqqıdır, təml hüquqularıdır və icma bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək”.
TAHİRƏ
Xəbər lenti

“Açıq mikrofon” Beyləqanda qurulacaq
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və...