Hacıqabulda yüksək bal toplayan tələbələrlə GÖRÜŞ

12:33 08-09-2023 | icon 189 | Təhsil
Hacıqabulda yüksək bal toplayan tələbələrlə GÖRÜŞ

Hacıqabul rayonunda qəbul imtahanlarında yüksək nailiyyət qazanaraq ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilib.

 

Versus.az xəbər verir ki, sentyabrın 8-də Hacıqabul rayon İcra Hakimiyyətində yüksək balla ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilmiş və rayonun ümumtəhsil müəssisələrinin 2022-2023-cü tədris ilində qazandığı uğurlar müzakirə edilib.

 

İlk öncə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və tələbə adını qazanmış məzunlar tərəfindən Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

 

Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik etdi, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzuladı, yüksək bilikli mütəxəssis olmağı və layiqli vətəndaş kimi yetişməyi tövsiyə etdi. Tədbirdə ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  təhsilin inkişafını həmişə diqqətdə saxladığı, həmçinin,  bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyi vurğulanıb.

 

Qeyd edək ki, 2023-cü ildə Hacıqabul rayonu üzrə 11-ci sinfi bitirən 587 nəfər məzundan 393 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 240 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Qəbul olunanlardan 22 nəfəri imtahanlarda 500 baldan, 6 nəfəri isə 600 baldan yüksək nəticə göstərmişdir. Bundan əlavə cari ildə əvvəlki illərin məzunlarından 10 nəfəri tələbə adını qazanıb.

 

Tədbirin sonunda  qəbul imtahanlarında 600 baldan yuxarı nəticələr əldə edərək fərqlənmiş məzunlara mükafatlar təqdim olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

“Şəhidlərimizə borcumuz əbədidir”

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

ABŞ-dan Qarabağ erməniləri üçün absurd QARANTİYA İSTƏYİ

Qarabağdakı separatçıların tərkisilah edilməsinə BAŞLANILDI

Fransanın, Ermənistanın növbəti UĞURSUZLUĞU

"Azərbaycanı hədələməyin başqa bir adı yoxdur”

"27 sentyabrda müharibənin başlanma şəraitini özü yaratdı"