İki avtomobil toqquşdu


Bakının Nizami rayonunda iki qardaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Versus.Az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Ramin İlqar oğlu Məmmədov və 1997-ci il təvəllüdlü İsmayıl İlqar oğlu Məmmədov xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Müayinə zamanı hər iki qardaşa qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Xəbər lenti

Riyaz Sarıkahyadan Nəsir Məmmədova TƏBRİK
"Səfirin yeni fəaliyyətinin uğurlu olacağına inanıram"