“Özəl liseylər reytinqə işləyirlər”

11:00 11-09-2023 | icon 176 | Təhsil
“Özəl liseylər reytinqə işləyirlər”

Son vaxtlar özəl liseylərdə Azərbaycan dili və tarixinin bərbad tədris edilməsi müzakirə edilən məsələlərdən biridir. Ekspertlərin rəyinə görə, müvafiq dövlət qurumları da bir çox liseylərin tədris prosesinə müdaxilə edə bilmir.

 

Nəticədə, bəzi liseylər özfəaliyyətlə məşğul olur, heç bir qurum qarşısında hesabat vermir.

 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Nadir İsrafilov Bizim.media-ya açıqlamasında bildirib ki, özəl liseylər qanunvericiliyə görə öz tədris proseslərini Elm və Təhsil Nazirliyi ilə razılaşdırırlar:

 

“Lakin özəl liseylər tədris prosesini seçməkdə sərbəstdirlər. Bu tədris müəssisələrindəki tədris prosesi və hətta dərsliklər belə ənənəvi məktəblərdəkindən fərqlənir. Özəl məktəblər hansı dildə tədris aparırsa, bir növ həmin ölkənin tədris təcrübəsindən faydalanır. Bu da ondan irəli gəlir ki, liseylərin əsas hədəfi öz məzunlarının daha çox əcnəbi ölkələrdə ali təhsil almasına fürsət qazandırmaqdır. Əcnəbi ölkələrə qəbul zamanı Azərbaycan dilinin və tarixinin səviyyəsi yox, məhz əcnəbi dili necə mənimsədiyinə baxılır. Ona görə də özəl liseylər tədris prosesində Azərbaycan dili və tarixinə heç də önəm vermirlər və bu fənlər formal olaraq tədris olunur. Formal tədrisin keyfiyyətindənsə danışmağa dəymir”.

 

Nadir İsrafilov onu da qeyd edib ki, özəl liseylər reytinqə işləyirlər:

 

“Onlar keyfiyyətə yox, kəmiyyətə baxırlar. Yəni daha çox məzunun hansısa əcnəbi ölkələrin ali məktəblərinə qəbulu əsas məsələdir. Əcnəbi ölkələrdə tələbə adının daha çox qazanması isə sırf kommersiya maraqlarına xidmət edir. Nəticədə xarici qəbul sayı liseyin reytinqini artırır. Reytinqin yüksəlməsi isə daha çox müştəri deməkdir. Ona görə də özəl liseylərdə əsas diqqət əcnəbi dillərin və İT fənlərinin daha yaxşı tədrisinə yönəldilir. Belə olduğu üçün Azərbaycan dili və tarixi fənləri arxa plana keçir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

ABŞ-dan Qarabağ erməniləri üçün absurd QARANTİYA İSTƏYİ

Qarabağdakı separatçıların tərkisilah edilməsinə BAŞLANILDI

Fransanın, Ermənistanın növbəti UĞURSUZLUĞU

"Azərbaycanı hədələməyin başqa bir adı yoxdur”

"27 sentyabrda müharibənin başlanma şəraitini özü yaratdı"