"ermənilərin ərzaq yardımından imtinası ucuz şou idi"


Sahib Alıyev: “Ağdam-Xankəndi yoluna beton blokun düzülməsi əmrinin haradan gəldiyi də sirr deyil”
“Moskvadan tam asılı olan və üstəlik də “acından ölənlər”in onun göndərdiyi yükdən guya imtina etmələri çox ucuz şou təsiri bağışlayırdı. Maraqldır, öz proksilərini müstəqil həkət edən biriləri kimi gösətərməklə, yəni Paşinyancasına subyektliklərini qabartrmağa çalışmaqla kimi aldadırdılar?”
Bunu Versus.az-a deputat Sahib Alıyev ermənilərin Rusiyanın göndərdiyi ərzaqdan imtina etməsi ilə bağlı açıqlamasında bildirib.
S.Alıyev qeyd edib ki, Qarabağdakı haylar əvvəllər 70% Rusiyanın təsiri altında idilərsə, indi tam təsiri altındadırlar. Hətta burada söhbət təsirdən də yox, Paşinyanın terror hədəfinə çevrilməmək üçün rüşvət qismində ayrıdığı bir neçə yüz milyon dollar maliyyəni nəzərə almasaq, tam asılılıqdan gedir:
“Rusiyanın Qızıl Xaç Cəmiyyətini Ağdam-Xankəndi marşrutuyla göndərmək istədiyi humanitar yükü oradakı “miatsum”çuların guya qəbul etmək istəməmləri nə deməkdir? Kim bilmir ki, o “miatsumçu”ların əksəriyyəti hələ sovet dönəmindən Moskvadakı bəlli struktura bağlı ünsürlərdi. Və kim bilmir ki, hazırda Xankəndindəki xunta həm də Paşinyanın Qarabağ yükündən özünə xətər yetirilmədən qurtamaq üçün yeritdiyi siyasət nəticəsində tam şəkildə Rusiyanın kontrolundadır və onun proksisi kimi çıxış edilər. İndi onları müstəqil həkət edən biriləri kimi gösətərməklə, yəni Paşinyancasına subyektliklərini qabartrmağa çalışmaqla kimi aldadırlar. Ağdam-Xankəndi yoluna beton blokun düzülməsi haqda əmrin haradan gəldiyi də axı kimsəyə sirr deyil. Və nəticə ortada".
T.Qafarlı
Versus.az
Xəbər lenti

FHN Xankəndidə apardığı əməliyyat barədə MƏLUMAT
Axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb