Rusiyanın yük maşını Ağdama qayıtdı


Səhər saatlarında Ağdamdan Xankəndiyə gedən Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) yük maşını geri qayıdıb.
Versus.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev məlumat verib.
O bildirib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi ərzaq və qeyri-ərzaq məhsulları Xankəndidə müvafiq anbara boşaldılıb:
“Artıq onlar Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıblar. Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları sabah ölkələrinə yola düşəcəklər”.
Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib.
Xəbər lenti

FHN Xankəndidə apardığı əməliyyat barədə MƏLUMAT
Axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb