25 ailə Zəngilana yola salındı

08:47 13-09-2023 | icon 99 | Qarabağ
25 ailə Zəngilana yola salındı

Bu gün daha 25 ailənin Zəngilanın Ağalı kəndinə köçü başlayıb.

 

Ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, doqquzu dördotaqlı, altısı beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub.

 

İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 123 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin torpaqlarımızı işğal etdiyi dövrdə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

 

Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

 

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma sentyabrın 8-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

 

Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

 

Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 133-ə (649 nəfərə) çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şəhidlərimizə borcumuz əbədidir”

ABŞ-dan Qarabağ erməniləri üçün absurd QARANTİYA İSTƏYİ

Xalqın inamını fəth edən liderə TƏBRİK

Prezidentlərin Naxçıvan görüşündə diqqət çəkən MƏQAMLAR

İraq türkləri də çox böyük üzüntü içərisindədir

Riyaz Sarıkahyadan Nəsir Məmmədova TƏBRİK

Ermənistana verilən LİMİT BİTDİ

"Fibromialgiyaya qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir"

Biz kimik, öz dəyərimizi bilirikmi?

Bərdədə yaşayış binasında PARTLAYIŞ

Liderlərin İspaniya görüşü nəyə şahidlik edəcək?

“Haber Global” Qənirə Paşayevanın dəfnindən süjet hazırladı

Xocavənddə erməni terrorçunun abidəsi də belə getdi

Antiterror tədbirləri zamanı şəhid olan zabit, gizir, çavuş və əsgərlərin SAYI

erməni sakinlər üçün növbəti yanacaq göndərilib