Payızda daha çox yatmağın SƏBƏBİ

10:12 13-09-2023 | icon 259 | Sağlamlıq
Payızda daha çox yatmağın SƏBƏBİ

Payızda ruh düşkünlüyünə səbəb olan əsas amil D vitaminin yaranmasının azalmasıdır.

 

Bu barədə Rusiyalı həkim-endokrinoloq Svetlana Şokur danışıb:

 

“Payızda gündüz saatları qısalır və yağışlı havalar başlayır. Buludların arasından parlayan günəş çox vaxt D vitaminin yaranması üçün lazımi miqdarda günəş işığı vermir”.

 

Həkimin sözlərinə görə, payızda qanda melatoninin konsentrasiyası artır və buna görə də biz daha çox yatmaq istəyirik:

 

“Melatoninin yaranması üçün triptofan amin turşusu istifadə edilir. Triptofan həm də xoşbəxtlik hormonu kimi tanınan serotoninin yaranmasında iştirak edir. Beləliklə, triptofan ya serotonin, ya da melatonin yaranması üçün istifadə olunur. Nəticə etibarilə, payızda daha çox melatonin yaranırsa, deməli serotonin daha az olur. Bu səbəbdən əhvali-ruhiyyəmiz pisləşə bilər. Payızda tərkibində triptofan olan qidaları qəbul etmək vacibdir: hinduşka, pendir, çərəz (məsələn, qoz, fındıq, badam) və s. Payızda, həmçinin digər bir sevinc hormonu olan dofaminin səviyyəsinin aşağı düşməsi də mümkündür, buna görə də onun sintezini artıran qidalar qəbul edə bilərsiniz”.

 

S.Şokur vurğulayıb ki, yay aylarında orqanizmi gələcək il üçün vitaminlərlə zənginləşdirmək mümkün deyil. Onlar orqanizmə daxil olur, öz funksiyalarını yerinə yetirir, sonra isə parçalanır və bədəndən xaric olurlar:

 

“Payızda daha çox stresli vəziyyətlər yarana bilər: işdə yükün artması, dərs ilinin başlanması və s. Sinir sistemini dəstəkləmək üçün maqnezium faydalı olacaq. Davamlı olaraq əhvali-ruhiyyənin aşağı olması, qıcolma, əzələlərin səyirməsi zamanı maqnezium çatışmazlığından şübhələnmək olar. Həmçinin payız dövründə xroniki və yoluxucu virus xəstəliklərin kəskinləşməsi mümkündür. Belə bir vaxtda qida rasionunuza vitaminlər - antioksidantlar əlavə etmək vacibdir. Onlardan ən məşhuru sitrus meyvələri, kələm turşusu, bibər, qarağat və digər qidaların tərkibində olan C vitaminidir. Digər bir antioksidant E vitaminidir ki, onu bitki yağlarından, qoz-fındıqdan, qaraciyərdən almaq olar”.

 

Həkim vitamin və bioloji aktiv qida əlavələrini nəzarətsiz qəbul etməməyi məsləhət görüb. Müxtəlif maddələr bir-birinin təsirini gücləndirə və ya zəiflədə bilər, əlavə təsir riskini artırır. Bu səbəbdən sağlamlığa ziyan dəyə və allergik reaksiya yarana bilər:

 

“Qəhvə və alkoqoldan sui-istifadə, bədəni əlavə olaraq yükləyən və orqanizmi tədricən tükəndirən enerji içkilərinin də olduğu kimi orqanizmə fayda verməyəcək. Zamanla "süni" gumrahlıq həddindən artıq yorğunluqla əvəz oluna bilər. Əgər söhbət şirniyyatdan gedirsə, təbii ki, şəkəri yüksək olan qidalar insanı gumrahlaşdırır. Qlükoza hazır yanacaqdır, belə qidalanma rejimi zamanı metabolik sindrom, damar xəstəlikləri və endokrin patologiyalar, o cümlədən ikinci tip şəkərli diabet inkişaf edə bilər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

Azərbaycana qarşı psixoloji və diplomatik təzyiqlərə CƏHD

Futbolla bağlı yeni STRATEGİYA

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

Meymunçiçəyinə yoluxma ARTIB