Ermənipərəst senatora SƏRT CAVAB

14:48 13-09-2023 | icon 101 | Siyasət
Ermənipərəst senatora SƏRT CAVAB

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev amerikalı senator, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendesin saxta iddialarına cavab verib.

 

Hikmət Hacıyev bununla bağlı “X” platformasında paylaşım edib:

 

“Konqresmen Menendes ciddi korrupsiya iddialarına cavab vermək əvəzinə, Senatın Xarici Əlaqələr Komitəsinə feyk məlumat və saxta şəkillərlə yalan danışır. Şəkildə təqdim olunan şəxs xərçəng xəstəliyindən dünyasını dəyişib. Ermənilər özləri də tibbi sübutlar təqdim etdikdən sonra bu çılpaq yalandan istifadə etdikləri üçün utanırlar. Bu cür lobbiçilik, “pul danışır” yanaşması, azərbaycanlılara və başqalarına qarşı açıq-aşkar yalan və irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal reputasiyasına xələl gətirir”.

 

Məlumat üçün qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinin sədri senator Bob Menendes erməni diasporu ilə sıx əlaqələri ilə tanınır. O, mütəmadi olaraq Azərbaycan dövləti əleyhinə əsassız və saxta ittihamlarla çıxış edir, Qarabağdakı separatizmə açıq dəstək verir. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

Parlamentdə YENİLİK

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

İlhan Doğan’ın hayatı film oldu

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

İsveçrədə niqab QADAĞASI