Bakının azad olunmasından 105 il keçir

08:33 15-09-2023 | icon 166 | Tarix
Bakının azad olunmasından 105 il keçir

Sentyabrın 15-i Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür.

 

TARİX GÜNÜNƏ QISA SƏFƏR

 

105 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan əsgərləri Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad ediblər. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

 

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

 

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni və bolşeviklərin nəzarəti altında idi. Bu halda isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.

 

Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

 

Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.

 

Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edib.

 

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.

 

Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər.

 

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, digər şəhər və rayonlarda da ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk Şəhidliyi abidəsi önündə anım mərasimi keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şəhidlərimizə borcumuz əbədidir”

ABŞ-dan Qarabağ erməniləri üçün absurd QARANTİYA İSTƏYİ

Xalqın inamını fəth edən liderə TƏBRİK

Prezidentlərin Naxçıvan görüşündə diqqət çəkən MƏQAMLAR

İraq türkləri də çox böyük üzüntü içərisindədir

Riyaz Sarıkahyadan Nəsir Məmmədova TƏBRİK

Ermənistana verilən LİMİT BİTDİ

"Fibromialgiyaya qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir"

Biz kimik, öz dəyərimizi bilirikmi?

Bərdədə yaşayış binasında PARTLAYIŞ

Liderlərin İspaniya görüşü nəyə şahidlik edəcək?

“Haber Global” Qənirə Paşayevanın dəfnindən süjet hazırladı

Xocavənddə erməni terrorçunun abidəsi də belə getdi

Antiterror tədbirləri zamanı şəhid olan zabit, gizir, çavuş və əsgərlərin SAYI

erməni sakinlər üçün növbəti yanacaq göndərilib