Məşhur boksçunun vəziyyəti pisləşib


Təbriz şəhər həbsxanasında saxlanılan və ötən ay cərrahiyə əməliyyatı keçirən idmançı (boksçu) Kərim İsmayılzadənin vəziyyəti ağırlaşıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, əməliyyatdan sonra onda mədə qanaxması baş verib. Təbriz həbsxanasının məsul şəxsləri idmançının ailəsinin ona dərman göndərməsinə mane olmaqla yanaşı, eləcə də həbsxana həkiminin milli fəala dərman yazmasının qarşısını alıblar.
Güneyli fəal və idmançının səhhətinin pisləşməsinə əhəmiyyət verilməməsi nəticəsində onun çəkisi kəskin azalıb və tənəffüs problemləri yaranıb.
Xəbər lenti

Davit Manukyan barəsində məhkəmə qərarı
Dörd aylıq həbs qətimkan tədbiri seçilib