MMP “Türk şəhidliyi” abidəsini ziyarət etdi


Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 105-ci ildönümüdür
Müasir Müsavat Partiyasının (MMP) rəhbərliyi və üzvləri Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 105-ci ildönümü münasibətilə 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə tər güllər qoyublar.
Versus.Az xəbər verir ki, bu barədə MMP-nin Mətbuat Xidmətinin məlumatında bildirilib.
Ziyarət zamanı abidənin önündə Azərbaycan tarixinin şərəfli günündən danışılıb, 15 sentyabrın 1918-ci ilinə virtual ekskursiya edilib. Bakının işğaldan azad edilməsi zamanı Osmanlı ordusunun 1130 şəhid verdiyindən söz edilərək, bunun Azərbaycan-Türkiyə qardaşlığının tarixi nümunəsi olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələri 44 günlük Vətən müharibəsində özünü bir daha göstərib.
Qeyd edək ki, Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
LƏMAN
Versus.Az
Xəbər lenti

“Açıq mikrofon” Beyləqanda qurulacaq
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və...