İlin sonuna qədər...

08:51 16-09-2023 | icon 222 | Gündəm
İlin sonuna qədər...

Azərbaycan hələ də ilin sonuna kimi Ermənistanla sülh müqaviləsi bağlayacağına ümid edir.

 

Versus.ax xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

“Biz hələ də bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edirik və Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq - rəsmi olaraq, sülh müqaviləsi çərçivəsində öz imzaları ilə Azərbaycanın ərazi bütövlüyünün tanınması, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, gələcəkdə ölkəmizin daxili işlərinə qarışmaqdan çəkinmək öhdəliyi götürsün”, - H.Hacıyev deyib.

 

H.Hacıyev qeyd edib ki, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşlarıdır və onların hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası ilə təmin olunacaq.

 

Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistanın Azərbaycanda separatizmi maliyyələşdirmək siyasətindən əl çəkməlidir. "Beynəlxalq vasitəçilərin fəaliyyətinə gəlincə, biz onların Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk", - o əlavə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

Parlamentdə YENİLİK

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

İlhan Doğan’ın hayatı film oldu

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

İsveçrədə niqab QADAĞASI