Kiçik əməyimə verilən ən böyük MÜKAFAT

19:04 16-09-2023 | icon 419 | Cəmiyyət
Kiçik əməyimə verilən ən böyük MÜKAFAT

Sentyabrın 15-də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində Ulu Öndərimizin 100 illiyi çərçivəsində mükafatlandırma mərasimi keçirilib.

 

Mükafatlandırma mərasimindən qabaq DAMM-ın I vitse prezidenti, həmişə adını Nəzakət xanım Əhmədovadan fəxrlə eşitdiyim vətənpərvər xanım Ruhiyyə Poladova ilə şəxsən tanış oldum. Ruhiyyə xanım bir daha mənim yaradıcılığımla, təhsilimlə maraqlandı. Məni tanıdığını, fəaliyyətimi izlədiyini söylədi. Mənə dəyərli tövsiyələrini verdi və fəxr etdiyini, gələcəyimizin savadlı gənclərimizdən asılı olduğunu qeyd edərək uğurlar arzu etdi.

 

Tədbirdə dəyərli ziyalılarımızla tanış oldum. Onlardan DAMM-ın vitse-prezidenti Lalə Həşimovanı, “Xan Qızı Natəvan” DAQİB-in rəhbəri Könül Abbasovanı, C.Novruz MM-nin əməkdaşı, Günaz.az saytının redaktoru Rəsmiyyə Heybətağaqızını yaxından tanımaq imkanım oldu. Həmçinin tədbir iştirakçıları maarifləndirici söhbətlər apardılar və bəzi məsələlər üzrə geniş müzakirələr apardılar. Xoş əhvali-ruhiyyədə faydalı təkliflər də irəli sürüldü.

 

DAMM-ın I vitse-prezidenti Ruhiyyə Poladova, DAMM-ın vitse-prezidenti Lalə Həşimova, DAMM-ın Gənclər Şurasının sədri Kamil İskəndərzadə, DAMM-ın Ekspertlər Şurasının sədri Nəzakət Əhmədova və DAMM- ın vitse-prezidenti Ramil Məlikov Ulu Öndərimizin yubiley ili ilə əlaqədar gördükləri səmərəli fəaliyyətlərinə görə Azər.KİVİHİ-nin yubiley medalları ilə təltif olundular. Həmçinin “Xan Qızı Natəvan” DAQİB-in rəhbəri Könül Abbasova, C.Novruz MM-in əməkdaşı, Gün az.az saytının redaktoru Rəsmiyyə Heybətağaqızı, Kamil İsgəndərzadə və Təranə Balayeva DAMM-ın Fəxri Diplomu ilə təltif edildilər.

 

Tədbirdə mən də Azər.KİVİHİ-nin yubiley medalı və DAMM-ın Fəxri Diplomu ilə təltif olundum. Tədbirdə 8 yaşımda Ulu Öndərimizə həsr etdiyim “Ulu Öndərimiz” adlı şeirimi söylədim.


Bu dəyərli mükafatlara görə Azər.KİVİHİ-nin rəhbərliyinə və DAMM-ın I vitse-prezidenti, Ruhiyyə xanım Poladovaya dərin minnətdarlığımı bildirirəm. Bu mükafatları kiçik əməyimə verilən ən böyük mükafat hesab edirəm.

 

Tədbir iştirakçılarının mənə göstərdikləri diqqət və qayğıya görə hər birinə minnətdarlığımı bildirirəm.
Allah Ulu Öndərimiz Heydər Əliyevə rəhmət eləsin! Amin!

 

 

 

Sevindik Nəsiboğlu
10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şəhidlərimizə borcumuz əbədidir”

ABŞ-dan Qarabağ erməniləri üçün absurd QARANTİYA İSTƏYİ

Xalqın inamını fəth edən liderə TƏBRİK

Prezidentlərin Naxçıvan görüşündə diqqət çəkən MƏQAMLAR

İraq türkləri də çox böyük üzüntü içərisindədir

Riyaz Sarıkahyadan Nəsir Məmmədova TƏBRİK

Ermənistana verilən LİMİT BİTDİ

"Fibromialgiyaya qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir"

Biz kimik, öz dəyərimizi bilirikmi?

Bərdədə yaşayış binasında PARTLAYIŞ

“Laçın” SBM gücləndirilmiş iş rejiminə keçdi

Liderlərin İspaniya görüşü nəyə şahidlik edəcək?

“Haber Global” Qənirə Paşayevanın dəfnindən süjet hazırladı

Xocavənddə erməni terrorçunun abidəsi də belə getdi

Antiterror tədbirləri zamanı şəhid olan zabit, gizir, çavuş və əsgərlərin SAYI