44 günlük müharibədə olduğu kimi...


Ramil Hüseynov: "Hər birimiz bir əsgərik, cənab Ali Baş Komandan!"
"Bu gün Ermənistanın mina terroru nəticəsində 7 nəfər polis əməkdaşı, 3 mülki şəxs qətlə yetirilib. Dünyasını dəyişmiş vətəndaşlarımızın ailəsinə dərin hüznlə başsağlığı veririk".
Versus.Az xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin törətdiyi mina terrorundan sonra Azərbaycan ordusunun başladığı lokal xarakterli anti-terror əməliyyatı ilə bağlı açıqlamasında Yeni Xətt Müstəqil Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün Müdafiə Naziriliyinin lokal xarakterli antiterror tədbirlərə başladığını dəstəklədiyini vurğulayan R.Hüseynov 44 günlük vətən müharibəsində olduğu kimi, siyasi təşkilat olaraq yenə də Prezidentin yanında olduqlarını bəyan edib:
"Erməni vandallarının ərazimizdə təxribatların qarşısını almaq üçün başlanılmış lokal xarakterli antiterror tədbirlərdə ordumuzun və dövlətimizin yanındayıq.
Allah ordumuzu və dövlətimizi qorusun!
Yaşasın Azərbaycan!
Ordumuzun, dövlətimizin və Ali Baş Komandanın yanındayıq. Hər birimiz bir əsgərik, cənab Ali Baş Komandan!"
PƏRİ
Versus.Az
Xəbər lenti

Riyaz Sarıkahyadan Nəsir Məmmədova TƏBRİK
"Səfirin yeni fəaliyyətinin uğurlu olacağına inanıram"