Xəbərdarlıq edildi

12:52 23-10-2023 | icon 199 | Cəmiyyət
Xəbərdarlıq edildi

Bakının Səbail rayonunda tarixi memarlıq abidəsi kimi qeydiyyatda olan doğum evinə qanunsuz müdaxilə olunub.

 

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

 

Bildirilib ki, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin damına və mərtəbələrinə qanunsuz müdaxilə edilib.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi, 93 ünvanında yerləşən 1930-cu ilə aid, inventar nömrəsi 3311 olan yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilib:

 

“Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansındadır. TƏBİB-in sifarişi ilə binada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir. Binaya baxış zamanı müvafiq xəbərdarlıq edilib, binanın dam və mərtəbələrində aparılan yenidənqurma işləri dayandırılıb”.

 

Qeyd edək ki, bina II Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi istifadə edilib. II Dünya müharibəsi dövründə bina təxliyə hospitalı kimi istifadə olunmağa başlayıb. 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyinə verilərək Nadejda Krupskaya adına 5 saylı Doğum Evi kimi tanınıb.

 

Müstəqillik illərində Nadejda Krupskaya adına 5 saylı Doğum Evinin adı dəyişdirilərək Ş.Ələsgərova adına 5 saylı Doğum Evi olub.

 

Konstruktivizmin nümunəsi olan bu binanın görkəmli memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun birgə layihəsi əsasında inşa edildiyi bildirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

Bakı Metropolitenində dekabrın 1-dən YENİ REJİM

ABŞ-ın Azərbaycana qarşı ikili standartlarına son qoyan reallıq

“CinemaPlus”da bu tarixlərdən etibarən

Zəngilanda top mərmiləri tapıldı

Metroda yeni texniki qurğu istifadəyə veriləcək

Təhlükəsizlik Şurası TOPLANIR

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

İrem Dericiden azərbaycanlı müğənniyə etiraf

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

“İncə sənət” adlı proqram təqdim edilib

Ermənistan yük maşınları Rusiyaya buraxılmır

15 yaşlı şair-publisistin yetkin aləmi

Futbolda kobud qayda pozuntularına görə yeni CƏZA