Gimnastlarımız Vətənə qayıdıblar


Bolqarıstanın Varna şəhərində keçirilən akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.
Versus.Az xəbər verir ki, gimnastları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri, yaxınları və jurnalistlər qarşılayıblar.
Qeyd edək ki, Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri ümumilikdə yarışı 7 qızıl və 2 gümüş medalla başa vurublar.
Xəbər lenti

Türkiyədə gözlənilən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ
"Dəqiq vaxtla bağlı konkret heç nə deyə bilmirik"