Məktəb kütləvi yayılan xəstəlik səbəbindən BAĞLANDI

08:47 25-10-2023 | icon 285 | Təhsil
Məktəb kütləvi yayılan xəstəlik səbəbindən BAĞLANDI

Şəkidə təhsil müəssisəsi yayılan qızılca xəstəliyi səbəbindən müvəqqəti bağlanıb.

 

Versus.Az xəbər verir ki, ötən ay Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada kəskin yoluxucu xəstəlik kütləvi hal alıb.

 

Bu səbəbdən də sentyabrın 24-də məktəb rəhbərliyi həkimlərə müraciət edib.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasında uşaqlar müayinə olunub, onlara zəruri tibbi xidmət göstərilib. Hər biri sağalaraq kafi vəziyyətdə evə yazılıb.

 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, şagirdlər arasında qızılca xəstəliyi müşahidə olunduqdan sonra Şəki Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri təhsil müəssisəsində yaranmış mövcud vəziyyəti qiymətləndirib və akt tərtib edilib.

 

Oktyabrın 6-dan isə dərslərin distant formada tədrisi barədə qərar qəbul edilib.

 

Qeyd edək ki, oktyabrın 27-dən gimnaziyanın fəaliyyətinin ənənəvi şəkildə davam etdirilməsi nəzərdə tutulur.

 

Daha ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

Bakı Metropolitenində dekabrın 1-dən YENİ REJİM

ABŞ-ın Azərbaycana qarşı ikili standartlarına son qoyan reallıq

“CinemaPlus”da bu tarixlərdən etibarən

Zəngilanda top mərmiləri tapıldı

Metroda yeni texniki qurğu istifadəyə veriləcək

Təhlükəsizlik Şurası TOPLANIR

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

İrem Dericiden azərbaycanlı müğənniyə etiraf

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

“İncə sənət” adlı proqram təqdim edilib

Ermənistan yük maşınları Rusiyaya buraxılmır

15 yaşlı şair-publisistin yetkin aləmi

Futbolda kobud qayda pozuntularına görə yeni CƏZA