Gözlənilməz xəstəliklə bağlı GƏNCLƏRƏ XƏBƏRDARLIQ

09:03 25-10-2023 | icon 257 | Sağlamlıq
Gözlənilməz xəstəliklə bağlı GƏNCLƏRƏ XƏBƏRDARLIQ

“Uzun müddətdir ki, insult ancaq qocaların xəstəliyi olmaqdan çıxıb”.

 

Bu barədə rusiyalı tibb eksperti Cavqarat Murtazəliyeva son dövrlərdə insult hallarının artmasına münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, gənclər arasında insult halları getdikcə daha çox müşahidə olunur:

 

“Əvvəllər 50-60 yaşlı insult xəstələri gənc sayılırdı. İndi bu yaş artıq bizi təəccübləndirmir. 40 yaşlılar artıq nadir deyil, hətta 30 yaşlı xəstələr də var. Bəzi hallarda tam sağalma mümkündür və xəstə nə qədər gənc olarsa, onun reabilitasiya potensialı da bir o qədər yaxşı olar. Çünki yaş artdıqca neyronların sayı azalır”.

 

O, insanları hələ gənc yaşlarından sağlamlıqlarına nəzarət etməyə çağırıb.

 

Tibb işçisi insult barədə miflərə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu xəstəlik irsi deyil.

 

Bununla belə o, “ailə xəstəliyi” nəticəsində yarana biləcəyi barədə də xəbərdarlıq edib:

 

“Məsələn, insult üçün əsas səbəblər ürək problemləri, diabet və hipertoniyadır. İnsult riskini azaltmaq üçün mütəmadi olaraq sağlamlığınızı yoxlatmalısınız”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ermənistan Rusiya üçün qüsurlu, xəyanətkar bacı obrazındadır”

Sümüklərdə infeksiyalaşma - ƏLAMƏTLƏR və MÜALİCƏ

Laçının Alıcan kəndi ləğv edilir

Laçında ƏMƏK YARMARKASI

İraq-Azərbaycan əməkdaşlığı dərinləşir

Kimsəsiz qızlarla evlənmək istəyənlərin SAYI

Şuşanın bəzi kəndləri Xocalı rayonunun tərkibinə verilir

"Özünə rəva bilmədiyini bizdən gözləmək həyasızlıqdır"

8 rayonun inzibati ərazi bölgüsündə qismən DƏYİŞİKLİK

Ulu öndər Heydər Əliyevin Azərbaycana 1-ci rəhbərliyi dövrü – TARİX

Ağdərənin tərkibinə veriləcək KƏNDLƏR

Ailə qurmaq istəyən şəxslərə genetikdən ÇAĞIRIŞ

TƏBİB-dən qızılca ilə bağlı AÇIQLAMA

Sahibkarlara XƏBƏRDARLIQ

Bələdiyyə sədri inzibati məsuliyyətə CƏLB OLUNDU