Sahildə “su pərisi” tapılıb

09:32 25-10-2023 | icon 343 | Maraqlı
Sahildə “su pərisi” tapılıb

Onun qalıqları bioloqları çaşbaş salıb

 

Papua Yeni Qvineya bölgəsində yerləşən Simberi adasının sahilində su pərisini xatırladan canlının qalıqları tapılıb.

 

Okeanın yuyub sahilə çıxardığı cəsədin başı və bəzi bədən hissələri yerində olmayıb. Şahidlərin çəkdiyi fotoşəkillərə əsasən, onun uzunluğu bir insanın boyundan iki dəfə hündür olub. Qalıqların hansı heyvana mənsub ola biləcəyinin dəqiq müəyyən edilməsi onun həddindən artıq parçalanması səbəbindən çətinləşib. Yerli sakinlər tapıntını ölçməyib və çəkməyiblər, onlar onu tez bir zamanda basdırmağa çalışıblar. Həmçinin DNT nümunələri də götürülməyib.

 

“Su pərisi”nin fotoşəkilləri bioloqları çaşbaş salıb. Onların əksəriyyəti bunun, çox güman ki, hansısa dəniz məməlisinin qalıqları olduğu barədə razılığa gəliblər.

 

“Məncə bu, həddindən artıq parçalanmış balinayabənzər kimi görünür”, - deyə Sent Endryus Universitetinin dəniz heyvanları üzrə mütəxəssisi Saşa Huker bildirib.

 

Florida Universitetinin dəniz bioloqu Qevin Neylor bunun böyük bir köpəkbalığı olduğunu söyləyib.

 

“Whale and Dolphin Conservation” qeyri-kommersiya təşkilatının tədqiqatçısı Erik Hoyt, cəsədin kiçik balinaya aid ola biləcəyi ilə razılaşıb, lakin bunun nəsli kəsilmiş Stellerin inəyi ilə əlaqəli dəniz məməlisi olan dyoqon (dəniz inəyi) olduğunu istisna etməyib. Hətta onların adı bu heyvanların su pəriləri ilə oxşarlığına işarə edir: malay dilindən tərcümədə “dugong” “dəniz qızı” deməkdir.

 

“Pacific Whale Foundation” qeyri-kommersiya təşkilatının elmi rəhbəri Cens Karri də Hoytun fikri ilə razılaşır.

 

“Mən bunun ancaq dyoqon olduğunu təxmin edə bilirəm”, - deyə o bildirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

"Bu üç ölkə bir yerdədirsə..."

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

Rəqabət Məcəlləsi HAQQINDA