Muğlada yerləşən qeyri-adi yaylaq


Oraya çıxmaq mümkün deyil, ancaq enmək olur
Türkiyənin Muğla vilayətinin Menteşe rayonunda qeyri-adi xüsusiyyəti ilə bölgədə yeganə olan Qarabağlar yaylası adlı yaylaq yerləşir.
Qeyri-adiliyi ondan ibarətdir ki, bu yaylağa çıxmaq mümkün deyil, oraya ancaq enmək olur.
Belə ki, normal şərtlərdə insanlar yaylaqlara qalxırlar, amma bu yaylağa isə enirlər.
Yüksəkliyinə görə şəhər mərkəzindən 25-30 metr aşağıda yerləşən, Muğla sakinlərinin əvvəllər sadəcə aprel-oktyabr ayları arasında məskunlaşdığı Qarabağlar yaylasında hazırda qış aylarında da çox sayda insan yaşayır.
Mayın sonu, iyunun əvvəlində havalar isinməyə başlayanda bölgə sakinləri yaylağa gedirlər.
Normal halda yaylaqlar yaşayış məntəqələrindən yuxarıda yerləşməlidir. Burada isə yaylaq şəhər məsafəsindən 25-30 metr aşağıdadır. Bu səbəbdən sözügedən yaylağa ancaq enmək mümkündür.
Xəbər lenti

Binanın fasadına reklam yapışdırmaq qadağan edildi
Fasad reklamları memarlıq abidələrinin (binalarının) kompozisiyasına, üslubuna və...