Musiqi Forumunun ikinci günü BAŞLAYIB

11:39 30-10-2023 | icon 217 | Mədəniyyət
Musiqi Forumunun ikinci günü BAŞLAYIB

Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumunun ikinci günü başlayıb.

 

Versus.Az xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşir.

 

Forumun ikinci günündə musiqi sənayesinin ekosisteminin formalaşması, daxili bazarın imkanlarının genişləndirilməsi, musiqi məhsullarının yeni kommersiyalaşma üsulları və bu kimi digər məsələlər müzakirə olunacaq.

 

Qeyd edək ki, oktyabrın 29-da “Gülüstan” Sarayında tədbirin açılış mərasimi keçirilib. Forum oktyabrın 31-də başa çatacaq.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

Bakı Metropolitenində dekabrın 1-dən YENİ REJİM

ABŞ-ın Azərbaycana qarşı ikili standartlarına son qoyan reallıq

“CinemaPlus”da bu tarixlərdən etibarən

Zəngilanda top mərmiləri tapıldı

Metroda yeni texniki qurğu istifadəyə veriləcək

Təhlükəsizlik Şurası TOPLANIR

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

İrem Dericiden azərbaycanlı müğənniyə etiraf

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

“İncə sənət” adlı proqram təqdim edilib

Ermənistan yük maşınları Rusiyaya buraxılmır

15 yaşlı şair-publisistin yetkin aləmi

Futbolda kobud qayda pozuntularına görə yeni CƏZA