27 ildir arvadından boşana bilmir


Hindistandan olan kişi 27 ildir ki, arvadını məhkəmə yolu ilə boşamağa çalışır.
1996-cı ildə Nirmal Panesar boşanma üçün rayon məhkəməsinə müraciət edib. Arvadı ailəni dağıtmaq istəmədiyini bəyan edib və ona görə də hakim qadının tərəfini tutub.
O vaxtdan bəri 89 yaşlı təqaüdçü Hindistanın Ali Məhkəməsi vasitəsilə boşanmağa çalışsa da, oradan da hər dəfə rədd cavabı verilir.
Son iclasda məhkəmə cütlüyün nikahının “ümidsiz” olduğuna qərar versə də, bildirib ki, “bu, boşanma üçün kifayət etmir”.
Xəbər lenti

Uşaqları udan bu KABUS həkimdən QORXUR
“Həkimə müraciət etmək ona görə mütləqdir ki, ağırlaşmalar uşağın həyatına son qoymasın”