Qadınların həftəsonu işləməmsi təklifinə REAKSİYA


Fuad Əliyev: "Kişilər də həftəsonu işləməməlidir"
Qadınların həftəsonu işləməmsi ilə bağlı təklif reaksiyasız ötüşməyib.
Versus.Az xəbər verir ki, “Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyev hesab edir ki, nəinki qadınlar, kişilər də həftəsonu işləməməlidir.
Birlik sədri bildirib ki, Avropada da bu müzakirələr gedir və 4 günlük iş rejiminə keçilməsi təklifləri səslənir, çağırışlar olunur:
“Azərbaycanda da 4 günlük iş rejiminə keçilməsinə ehtiyac var. Eyni zamanda, ölkədə yeni iş yerlərinin açılması, istehsalat müəssisələrinin fəaliyyətə başlaması çox vacibdir”.
F.Əliyev vurğulayıb ki, həftəsonu Bakıda əvvəllər müşahidə edilməyən tıxaclar olur ki, bu da insanların həftə sonları da işlədiyini göstərir:
“Nazirlər Kabinetinin bununla bağlı müəyyən qərar verməsi lazımdır”.
AYSEL
Versus.Az
Xəbər lenti

Türkiyədə gözlənilən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ
"Dəqiq vaxtla bağlı konkret heç nə deyə bilmirik"