Fənn müsabiqələrinin təşkili və keçirilməsində YENİLİK

13:03 31-10-2023 | icon 345 | Təhsil
Fənn müsabiqələrinin təşkili və keçirilməsində YENİLİK

2023-2024-cü tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında dəyişikliklər edilib. Belə ki, VI sinif şagirdləri üçün müsabiqələr riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunacaq.

 

Elm və Təhsil Nazirliyindən bildirilib ki, informatika fənni üzrə müsabiqələrdə iştirak etmək istəyən VII sinif şagirdləri Elm və Təhsil Nazirliyinin “Azercell Telecom” şirkəti ilə əməkdaşlığı çərçivəsində keçirilən “Azercell CUP” müsabiqəsinə qoşula biləcəklər.

 

Bununla yanaşı, fənn müsabiqələrində şagirdlərə təqdim edilən məntiq bloku ləğv olunur. Belə ki, iştirakçılar sadəcə müvafiq fənn üzrə tapşırıqları həll edəcəklər. Müsabiqənin iki mərhələsi qapalı test tapşırıqları formatında, final mərhələ isə açıqtipli tapşırıqlardan ibarət olacaq.

 

Qeyd edək ki, fənn müsabiqələri qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur, müvafiq təmayüllər üzrə lisey və gimnaziyalara müsabiqədənkənar qəbulolma şansını əldə edirlər.

 

Eyni zamanda, V sinif şagirdləri üçün keçirilən Lütfi Zadə adına Məntiq Olimpiadası cari tədris ilindən “Lütfi Zadə adına Riyaziyyat-məntiq Olimpiadası” adlandırılacaq və şagirdlərə bu istiqamətdə müvafiq tapşırıqlar təqdim olunacaq.

 

Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq Olimpiadasının rayon (şəhər) mərhələsinin mart ayında keçirilməsi planlaşdırılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

"Bu üç ölkə bir yerdədirsə..."

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

Rəqabət Məcəlləsi HAQQINDA