Müəllimlərin orta aylıq əməkhaqqı 830 manata ÇATACAQ
18:52 31-10-2023
|
495 |
Təhsil
Son iki il ərzində keçirilən sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən, 2023-cü ilin IV rübü üzrə təhsilverənlərin orta aylıq əməkhaqqı 830 manata çatacaq.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, imtahanda 30-50 bal arası, eləcə də 51 bal və daha yuxarı nəticə göstərmiş şəxslər üzrə isə bu göstərici daha da yüksək olacaq.