Ermənilər tarix kitablarında "Qarabağ Azərbaycandır" YAZIR


Ermənistanda 7-ci sinif şagirdləri üçün nəzərdə tutulan tarix dərsliyində Qarabağ Azərbaycan ərazisi kimi təqdim edilib.
Versus.az xəbər verir ki, bu barədə Ermənistanın "Armenia Today" nəşri yazıb.
Kitabdakı xəritələrdən birində Qarabağ Azərbaycan ərazisi kimi təqdim olunub.
Sözügedən xəritə dərsliyin 80-ci səhifəsində yerləşdirilib.
Dərsliyin müəllifi Smbat Hovhannisyandır. Ermənilər sosial mediada tarixçinin müəllifi olduğu dərsliyə qarşı etiraz çağırışlarına başlayıb və hamını onlara qoşulmağa çağırıblar.
Xəbər lenti

Türkiyədə gözlənilən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ
"Dəqiq vaxtla bağlı konkret heç nə deyə bilmirik"