Ərdoğan İMZA ATDI


Türkiyə bu ölkə ilə qazanacaq: 5 ildən sonra 40 milyard dollar
Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında atılan normallaşma addımları ticarətə müsbət təsirini davam etdirir. Belə ki, iki ölkə arasında əməkdaşlıq müqaviləsi imzalanıb və ticarət hədəfi açıqlanıb.
Versus.az xəbər verir ki, Türkiyə ilə ticarəti artırmaq istədiklərini ifadə edən BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd Əl Zeyoudi “Biz özəl sektorun bu yaxın əlaqələrdən və razılaşmalardan faydalanmasını təmin etmək istəyirik. Əminəm ki, Türkiyə ilə BƏƏ arasında 5 ildən sonra 40 milyard dolları görəcəyik” deyə bildirib.
Nazir Türkiyə ilə BƏƏ arasında qeyri-neft ticarətinin 18 milyard dollara çatdığını bildirib.
Zeyoudi Türkiyəyə səfərindən məmnunluğunu ifadə edib.
Məlumata əsasən, BƏƏ Türkiyənin Körfəz bölgəsindəki ən mühüm ticarət tərəfdaşlarından biridir. Türkiyənin BƏƏ-yə ixracatında istehlak malları 58,6 faizlə birinci yerdədir.
Xəbər lenti

Binanın fasadına reklam yapışdırmaq qadağan edildi
Fasad reklamları memarlıq abidələrinin (binalarının) kompozisiyasına, üslubuna və...