Kürdəmirdə bu aksiyaya START VERİLDİ


Müstəqil Həmkarlar Birliyinin Kürdəmir rayon təşkilatının iclası keçirilib.
Versus.Az xəbər verir ki, bu barədə MHB-nin Mətbuat Xidmətinin məlumatında bildirilib.
MHB Kürdəmir RT sədri İlham Alişov iclası açıq elan edib. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilb.
Daha sonra İlham Alişov birliyinin ümumi fəaliyyətindən və MHB rəhbərliyi ilə keçirilən görüşdən toplantı iştrakçılarını məlumatlandırdı.
Toplantı iştrakçıları bir neçə məsələni, o cümlədən, görüləcək işlərdən, rayonda mövcud olan sosial problemləri və qarşıda duran vəzifələri müzakirə etdilər.
İclasa MHB sədr müavini Xəzər Teyyublu onlayn qatılaraq toplantı iştrakçılarına üğurlar arzuluyaraq gələcək işlərlə bağlı tapşırıqlar verib.
Xəzər Teyyublu toplantı iştrakçılara Müstəqil Həmkarlar Birliyi (MHB) 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə əlaqədar #HƏMRƏYLİK xeyriyyə aksiyası ilə bağlı ətraflı məlumat verdi.
Daha sonra təşkilat məsələlərinə baxılıb. MHB Kürdəmir RT sədri İlham Alişov yeni qəbul edilmiş üzvlərə üzvlük vəsiqəsini təqdim edib.
Toplantıda MHB Kürdəmir RT sosial və iqtisadi məslələr üzrə müavini Tərgül Əliyeva iştrak edib.
AYSEL
Versus.Az
Xəbər lenti

Türkiyədə gözlənilən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ
"Dəqiq vaxtla bağlı konkret heç nə deyə bilmirik"