“Zəfər” festivalı çərçivəsində Uşaq Filarmoniyasında KONSERT

15:02 05-11-2023 | icon 259 | Mədəniyyət
“Zəfər” festivalı çərçivəsində Uşaq Filarmoniyasında KONSERT

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən “Zəfər” musiqi və teatr festivalı silsilə tədbirlərlə davam edir.

 

Nazirlikdən verilən xəbərə görə, festivalın növbəti musiqili tədbiri Azərbaycan Dövlət Uşaq Filarmoniyasında keçirilib.

 

Gecədə Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, vokal sinifi, “Sədəf” xalq çalğı alətləri ansamblı, oğlan və qızlardan ibarət rəqs kollektivləri çıxış edib.


Konserti mədəniyyət, incəsənət xadimləri, şəhid, qazi övladları və digər qonaqlar izləyiblər.

 

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra konsert proqramı təqdim olunub.

 

Proqramda “Qaytağı”, “Nəlbəki”, “Şuşanın dağları”, “Şalaxo”, “Qaval”, “Lakkuti”, “Şənlik”, “Yaşa” rəqsləri, “Bayatı-Şiraz”, “Söz olmasaydı”, “Bulaq üstə”, “Qarabağ”, “Ey Azərbaycanım” və digər musiqilər ifa edilib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

Bakı Metropolitenində dekabrın 1-dən YENİ REJİM

ABŞ-ın Azərbaycana qarşı ikili standartlarına son qoyan reallıq

“CinemaPlus”da bu tarixlərdən etibarən

Zəngilanda top mərmiləri tapıldı

Metroda yeni texniki qurğu istifadəyə veriləcək

Təhlükəsizlik Şurası TOPLANIR

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

İrem Dericiden azərbaycanlı müğənniyə etiraf

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

“İncə sənət” adlı proqram təqdim edilib

Ermənistan yük maşınları Rusiyaya buraxılmır

15 yaşlı şair-publisistin yetkin aləmi

Futbolda kobud qayda pozuntularına görə yeni CƏZA