Əhməd Rəhmanov Zaur Sadıqbəyli ilə görüşüb


Müstəqil Həmkarlar Birliyinin (MHB) sədr müavini Əhməd Rəhmanov Fransada fəaliyyət göstərən “Qərbi Azərbaycana Qayıdış” təşkilatının rəhbəri Zaur Sadıqbəyli ilə görüşdə olub.
Versus.Az xəbər verir ki, bu barədə MHB-nin Mətbuat Xidmətinin məlumatında bildirilib.
Qeyd edək ki, Fransada yaşayan həmyerlimiz, hüquqşünas, politoloq Zaur Sadıqbeylinin rəhbərlik etdiyi "Qərbi Azərbaycana Qayıdış" təşkilat Fransada rəsmi qeydiyyata alınıb.
Təşkilatın əsas məqsədi Azərbaycan tarixini, mədəni irsini, həqiqətlərini daima Avropada, xüsusilədə Fransada yüksək səviyyədə təbliğat işlərin aparılmasıdır.
Hazırda Bakıda olan Zaur Sadıqbəyli Müstəqil Həmkarlar Birliyi ilə yanaşı, "Qarabağ Əlilləri və veteranları” İctimai Birliyi və digər QHT rəhbərləri ilə görüşüb.
AYSEL
Versus.Az
Xəbər lenti

Türkiyədə gözlənilən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ
"Dəqiq vaxtla bağlı konkret heç nə deyə bilmirik"