Laçında “Bayraq yürüşü” KEÇİRİLİR

15:36 06-11-2023 | icon 332 | Qarabağ
Laçında “Bayraq yürüşü” KEÇİRİLİR

Elm və Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Laçında “Bayraq yürüşü” keçirilir. 2014-cü ildən etibarən keçirilən “Bayraq yürüşü” bu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilir.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Laçında keçirilən yürüşdə Elm və Təhsil Nazirliyinin, Müdafiə Nazirliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəhbər şəxsləri, hərbçilər, şəhid ailələri, qazilər, 44 günlük Vətən müharibəsində döyüşən müəllimlər, eləcə də şagirdlər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

 

Yürüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış Şanlı Qələbəni və bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaqdır.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 2014-cü ildən etibarən milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş ənənəvi “Bayraq yürüşü” təşkil edir. Yürüşlər 2014-16-cı illərdə Bakı şəhərində, 2017-ci ildə Tərtər rayonunda, 2018-ci ildə Füzuli rayonunun Horadiz şəhərində və 2019-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

"Bu üç ölkə bir yerdədirsə..."

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

Rəqabət Məcəlləsi HAQQINDA