"Azərbaycan öz haqq savaşında zəfər çaldı"

20:00 07-11-2023 | icon 295 | Siyasət
"Azərbaycan öz haqq savaşında zəfər çaldı"

Fuad Əliyev: "Buna nail olmaq üçün illər lazım idi"

 

“Biz xalq olaraq bütün dünyaya göstərdik ki, tarixi həqiqət, ədalət gec-tez öz yerini tutur. Azərbaycan öz haqq savaşında zəfər çaldı”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert, Müstəqil Həmkarlar Birliyinin (MHB) sədri Fuad Əliyev Zəfər bayramının üçüncü ili ilə bağlı açıqlamasında bildirib.

 

Fuad Əliyev qeyd edib ki, son 30 il hər bir Azərbaycan vətəndaşı erməni işğalını qəbul etməyərək, torpaqlarımızı azad olunacağına inamla yanaşdı:

 

"2003-cü ildən başlayaraq, bu inam gündən-günə güclənirdi. İlham Əliyev prezident seçiləndən sonra hərbi quruculuq işləri daha da sürətləndi. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, texnika ilə təchiz edildi, ordumuz müasir silah-sursatı xaricdən alındı. Bu çox vacib bir məsələ idi. Paralel olaraq, hərbi sənaye kompleksini yaratdı. Və hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olundu. Bu da prioritet məsələlərdən biri idi. Azərbaycanın iqtisadiyyatı da güclənirdi, inkişaf edirdi. İrimiqyaslı neft-qaz kontraktları bağladı. Azərbaycan beynəlxalq platformalarda ildən-ilə mövqeyini gücləndirirdi. Bizim tərəfdaşların sayı çoxalırdı. Azərbaycan ölkələrin sayına görə, BMT-dən sonra, ikinci təşkilata - Qoşulmama Hərəkatın sədr ölkəsi olaraq beynəlxalq aləmdə nüfuzunu daha da artırdı. Bu, Zəfər gününə gədər qısa bir xronika idi. Zəfər günündən sonra Azərbaycan tam başqa bir Azərbaycan oldu. Bu illər ərzində qazandığı nüfuz, daha da artdı. Artıq Azərbaycan Qafqaz regionda lider ölkədir. Artıq Azərbaycan vətəndaşı başıdik, böyük qürur hissi ilə yaşayır".

 

F.Əliyev vurğuladı ki, 90-ci illərdə tələm-tələsik yaranan Minsk Qrupu bizim üçün bir tələ idi. 25 ilə yaxın bu “turist qrupu”nun bizim başımızın altına yastıq qoyduğunu qeyd edən ekspert bildirdi ki, bu gedişlə də məsələnin həllini uzadırdılar:

 

"Eyni zamanda Ermənistanı və separatçıları silahlandırırdılar. ABŞ Azərbaycana qarşı 907-ci maddəni qəbul edir. Yeri gəlmişkən, hələ də onu ləğv etməyib. ABŞ Konqresi Ermənistana və separatçılara hər il maliyyə yardımı ayırırdı. Fransa ümümiyyətlə Ermənistanı dolayısı və müharibə vaxtı açıq şəklində dəstəkləyirdi. İndi də davam edir. Yaxın qonşumuz İran Ermənistanla enerji və digər sahələrdə əməkdaşlıq edirdi. Separatçılarla bir yerdə işğalda olan torpaqlarımızı istismar edirdilər. Qonşumuz Rusiya həm bizə, həm də ermənilərə silah verirdi. Bir fərqlə. Bizə satırdılar, ermənilərə isə pulsuz verirdilər. Bu cür ciddi problemlərimiz var idi. Prezident İlham Əliyevin düzgün xarici siyasəti nəticəsində, müharibədən qabaq, Rusiya və İranı neytrallaşdıra bildirk, Türkiya ilə yanaşı İsrail, Pakistan, Böyük Britaniya, İtaliya kimi dövlətlərdən dəstək aldıq. Buna nail olmaq üçün illər lazım idi".

 

F.Əliyev bildirdi ki, Vətən müharibəsi başlayan gündən bütün “voyenkomatlar” insanlarla dolmuşdu, hamı döyüşə könüllü getmək istyəyirdi:

 

"Ermənistanda isə ordudan fərarilik faktları ildrım sürətlə çoxalmışdı. Biz bir xalq - məktəbli uşaqdan tutmuş, prezidentə gədər hamımız bir yumruq kimi əsgərlərimizin arxasında durub, onlara dəstək verirdik. 30 il ərzində ermənilərin uydurduğu “mif” Azərbaycan əsgəri dağıtdı".

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ermənistan Rusiya üçün qüsurlu, xəyanətkar bacı obrazındadır”

Sümüklərdə infeksiyalaşma - ƏLAMƏTLƏR və MÜALİCƏ

Laçının Alıcan kəndi ləğv edilir

Laçında ƏMƏK YARMARKASI

İraq-Azərbaycan əməkdaşlığı dərinləşir

Kimsəsiz qızlarla evlənmək istəyənlərin SAYI

Şuşanın bəzi kəndləri Xocalı rayonunun tərkibinə verilir

"Özünə rəva bilmədiyini bizdən gözləmək həyasızlıqdır"

8 rayonun inzibati ərazi bölgüsündə qismən DƏYİŞİKLİK

Ulu öndər Heydər Əliyevin Azərbaycana 1-ci rəhbərliyi dövrü – TARİX

Ağdərənin tərkibinə veriləcək KƏNDLƏR

Ailə qurmaq istəyən şəxslərə genetikdən ÇAĞIRIŞ

TƏBİB-dən qızılca ilə bağlı AÇIQLAMA

Sahibkarlara XƏBƏRDARLIQ

Yer səthindən 1200 m hündürlükdə