“Xəzər üzərində yelləncək” - PREMYERA

15:24 07-11-2023 | icon 434 | Film
“Xəzər üzərində yelləncək” - PREMYERA

“Hər birimiz həyatda ən azı bir dəfə taleyüklü bir yelləncəyin girovu olmuşuq. Həddindən artıq emosiyalar heç bir dinclik verməyərək, bizi sonsuz sarsıda bilər. Ancaq dayanmaq imkanı həmişə var”.

 

Versus.az-ın məlumatına görə, noyabrın 6-da “Xəzər üzərində yelləncək” filminin premyerası keçirilib.

 

Bu filmdə əsas rollardan birini oynamış rus yazıçısı və ictimai xadim Mariya Suvorovskayanın kitabı əsasında çəkilmişdir. Eyniadlı kitab 2018-ci ildə nəşr olunub və Azərbaycanda böyük populyarlıq qazanmışdır. İlk dəfə 2012-ci ildə Azərbaycana turist qismində gələn Mariya Suvorovskaya Odlar Yurduna sonsuz aşiq olur və bu gün onu “Bakı ruhunu yaçadan moskvalı” adlandırırlar.

 

Film Caspian Media Group tərəfindən Business Dialogue Media ilə birgə istehsal olunub. Filmin rejissoru Qulu Əsgərov, baş prodüseri Hüseyn Cavadzadə, operatoru Rauf Qurbanəliyevdir. Ssenari müəllifi Nicat Dadaşov, filmin ekranlaşdırma ideya müəllifi Səadət Qarayevadır.

 

“Mən “Xəzər üzərində yelləncək” kitabını ilk dəfə oxuyanda təkcə əsərin qəhrəmanları arasındakı səmimi məhəbbətə deyil, həm də müəllif Mariya Suvorovskayanın Azərbaycana olan böyük sevgisinə inanırdım. Mariya Azərbaycan mədəniyyətini və tarixini böyük həvəslə təbliğ edir”, - filmin baş prodüseri Hüseyn Cavadzadə çıxışında vurğulayıb.

 

Filmin rejissoru Qulu Əsgərov da filmə göstərilən marağa görə tamaşaçılara təşəkkürünü bildirərək, qeyd edib ki, bu onun bədii film üzərində ilk təcrübəsidir.

 

Filmin mövzusu bu həyatda özünə və sevgisinə yer tapa bilməyən gənclərin taleyini əks etdirən melodramatik hekayəni təsvir edir.

 

“Xəzər üzərində yelləncək” kitabının müəllifi və baş rol ifaçısı Mariya Suvorovskaya film layihəsinə dəstək olan hər kəsə minnətdarlığını bildirərək, belə deyib: “Azərbaycanı sevdiyim günə görə Allaha şükür edirəm. “Xəzər üzərində yelləncək” təkcə iki gəncin sevgi hekayəsi deyil, həm də iki ölkə arasında dostluq hekayəsidir”.
Filmdə əsas kişi rolunu model və aktyor, Şukin adına məktəbin tələbəsi, Mister Milli Azərbaycan titulunun sahibi, beynəlxalq brendlərin reklamında çəkilən Emil Həsənzadə, İkinci əsas qadın rolunu isə azərbaycanlı aktrisa Duyqu Develi ifa ediblər.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

Bakı Metropolitenində dekabrın 1-dən YENİ REJİM

ABŞ-ın Azərbaycana qarşı ikili standartlarına son qoyan reallıq

“CinemaPlus”da bu tarixlərdən etibarən

Zəngilanda top mərmiləri tapıldı

Metroda yeni texniki qurğu istifadəyə veriləcək

Təhlükəsizlik Şurası TOPLANIR

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

İrem Dericiden azərbaycanlı müğənniyə etiraf

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

“İncə sənət” adlı proqram təqdim edilib

Ermənistan yük maşınları Rusiyaya buraxılmır

15 yaşlı şair-publisistin yetkin aləmi

Futbolda kobud qayda pozuntularına görə yeni CƏZA