MMP-dən Zəfər Günü TƏBRİKİ


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidentini və xalqımızı təbrik edib.
Versus.Az xəbər verir ki, təbrikdə deyilir:
"Cənab Ali Baş komandan, cənab Prezident, Sizin ulu öndər Heydər Əliyevin, atanızın Qarabağla bağlı vəsiyyətini yerinə yetirməyiniz və bunu 2020-ci ilin bu günündə atanızın məzarı önündə bəyan etməyiniz qızıl hərflərə elə bu Zəfər Günümüz kimi tarixə yazıldı.
Cənab Prezident, sizin böyük səylə davam etdirdiyiniz siyasi kursun bu gün müsbət nəticələrini görürük. Siz istər daxildə, istərsə də xaricdə olan qara qüvvələrin Azərbaycana uzanan çirkin əllərini dövlətimizin üzərindən çəkdiniz. Bu gün Azərbaycan xalqı sizin kimi bir liderin rəhbərliyi altında birlik olaraq dünyaya göstərdi ki, xalq öz rəhbərini necə dəyərləndirir.
Bu gün ölkəmiz Zəfər Gününü qeyd edir. Bu günü bizə yaşadan Siz və sizin əmrinizlə düşmənin üzərinə yeriyən ordumuzdur. Bu mübarizədə canlarını fəda edən igid oğullarımızın, şəhidlərimizin qarşısında hər zaman borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Zəfər Günümüz - Zəfər Bayramımız mübarəkdir və əbədi olsun!"
Versus.Az
Xəbər lenti

Uşaqları udan bu KABUS həkimdən QORXUR
“Həkimə müraciət etmək ona görə mütləqdir ki, ağırlaşmalar uşağın həyatına son qoymasın”