Bütövlüyümüzün rəmzi olan TARİX

16:34 09-11-2023 | icon 454 | Siyasət
Bütövlüyümüzün rəmzi olan TARİX

Ramil Hüseynov: “Bayraq Gününü torpaqlarını azad etmiş bir ölkənin vətəndaşı olaraq qeyd etmək qürurvericidir”

 

“Bayraq Gününün böyük tarixi var. Bu gün qeyd etdiyimiz Müstəqil Azərbaycanın Bayraq günü, hələ 90-cı ildə Xalq Cumhuriyyətinin tarixi mirasına sahiblənərək Naxçıvan Ali Sovetində üçrəngli bayrağımızı dövlət atributu kimi qəbul edən ulu öndərin varislik missiyasının uğurlu tamlığının, nəticəsidir. Ulu öndər varisliyi və onun vəsiyyətinin öz varisi tərəfindən 2023-cü ilin 8 noyabrında zəfərlə başa çatdırması, O Bayrağın müqəddəsliyinin kölgəsini bütün Azərbaycanın üzərinə sala bildi. Bu gün Bayraq Gününü torpaqlarını azad etmiş bir ölkənin vətəndaşı olaraq qeyd etmək qüruruvericidir”.

 

Versus.Az xəbər verir ki, bunu “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov 9 Noyabr - Bayraq Günü ilə bağlı açıqlamasında bildirib.

  

R.Hüseynov bildirib ki, 9 noyabr Bayraq Günü bu il bizim üçün daha əlamətdar gün kimi yaddaşımızda qalacaq:

 

“8 noyabr tarixində əzəli, əbədi torpağımızda - Xankəndidə keçirilən qələbə paradında müqəddəs bayrağımızın Azərbaycanın butun sərhədləri boyu dalğalanması faktorunu nümayiş etdirdi. Bu tarix gələcəyimiz bütövlüyümüzün rəmzi olaraq çox böyük əhəmiyyət daşıyır”.

 

R.Hüseynov eyni zamanda bu il ölkəmizin, dövlətimizin daha böyük uğurlar qazanması üçün siyasi əsasların bünövrəsinin qoyulduğunu bildirib:

 

“Strateji olaraq dövlətimizin möhkəmlənməsi, güclənməsi istiqamətində gələcək nəsillərə qüdrətli bir Ölkə, Azad suveren dövlətin əmanət edildi. Hesab edirəm ki, bundan böyük xoşbəxtlik və qurur hissi olmayacaq”.

 

R.Hüseynov ulu öndər Heydər Əliyevin “Gərək hər kəs o bayrağa itaət etsin, hər bir ailənin həyatının əziz hissəsi olsun” - ifadələrini yada salaraq, hələ o zaman torpaqlarımızın azad olmadığını yada salıb:

 

“Bu gün torpaqlar azaddır. 200 illik əsarətə, zülmə, haqsızlığa son qoyuldu. Bu qazanılan milli həmrəylik və Azərbaycançılıq, xalqımızın vahid məfkurə ətrafında birləşdiyinin bariz nümunəsidir. Bu vahidlik bizim qələbəmizin əsasını qoydu. Biz xalq olaraq sübut etdik ki, ən müqəddəs rəmzlərdən olan bayrağımızın varlığı, mövcudluğu müstəqil dövlətə sahib çıxmağın göstəricisidir”.

 

Ekspert hesab edir ki, strategiya, taktika və diplomatiyanın düzgün düşünülməsi, yönləndirilməsi və milli hədəflərə söykənən, milli ideologiyaya əsaslanan siyasi təfəkkür dövləti var edən, onu inkişafa aparan yollardan biridir və bu gün Bayraq gününü Zəfərlə qeyd etməyi həmin amillərə borcluyuq:

 

“Əziz xalqımızı Bayraq günü münasibəti ilə təbrik edirəm. Əbədi olaraq bu həmrəyliyi, birliyi qoruyub, öz milli kimliyimizə arxalanaraq, keçmişimizə güvənərək bü günümüzlə qurur duyaraq, bu dövlətə şərəfli xidmət etmək amalı ilə Bayraq Gününüz mübarək!”

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

Bakı Metropolitenində dekabrın 1-dən YENİ REJİM

ABŞ-ın Azərbaycana qarşı ikili standartlarına son qoyan reallıq

“CinemaPlus”da bu tarixlərdən etibarən

Zəngilanda top mərmiləri tapıldı

Metroda yeni texniki qurğu istifadəyə veriləcək

Təhlükəsizlik Şurası TOPLANIR

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

İrem Dericiden azərbaycanlı müğənniyə etiraf

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

“İncə sənət” adlı proqram təqdim edilib

Ermənistan yük maşınları Rusiyaya buraxılmır

15 yaşlı şair-publisistin yetkin aləmi

Futbolda kobud qayda pozuntularına görə yeni CƏZA