Azərbaycanın futbol klubundan REKORD

13:26 13-11-2023 | icon 361 | İdman
Azərbaycanın futbol klubundan REKORD

Azərbaycan Premyer Liqasının XIII turunda “Neftçi”ni səfərdə 2:1 hesabı ilə məğlub edən “Sumqayıt” yeni nailiyyətə imza atıb.

 

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, xallarının sayını 21-ə çatdıran “gənclik şəhəri” təmsilçisi qış fasiləsinə qədər olan dövr üçün mütləq rekorda imza atıb.

 

Klub heç vaxt fasiləyə kimi bu qədər xal toplamayıb.

 

Premyer Liqada 2011/12 mövsümündə debüt edən “Sumqayıt” qışadək 14, hətta 18 oyun keçirdiyi vaxtlarda da az xal yığıb. Buna qədər rekord 20 xala bərabər idi. Komandanın hesabında 2012/13 mövsümündə 18, 2017/18 mövsümündə isə 14 matçdan sonra 20 xal olub.

 

Qeyd edək ki, qış fasiləsinə qədər olan 5 turda sumqayıtlılar bu rekordu yeniləmək imkanına da malikdirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

Bakı Metropolitenində dekabrın 1-dən YENİ REJİM

ABŞ-ın Azərbaycana qarşı ikili standartlarına son qoyan reallıq

“CinemaPlus”da bu tarixlərdən etibarən

Zəngilanda top mərmiləri tapıldı

Metroda yeni texniki qurğu istifadəyə veriləcək

Təhlükəsizlik Şurası TOPLANIR

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

İrem Dericiden azərbaycanlı müğənniyə etiraf

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

“İncə sənət” adlı proqram təqdim edilib

Ermənistan yük maşınları Rusiyaya buraxılmır

15 yaşlı şair-publisistin yetkin aləmi

Futbolda kobud qayda pozuntularına görə yeni CƏZA