Polislərin qazilərə təzyiq etməsi - AÇIQLAMA

10:48 15-11-2023 | icon 236 | Cəmiyyət
Polislərin qazilərə təzyiq etməsi - AÇIQLAMA

Bakı şəhəri Nəsimi rayonunda qazilərə polislər tərəfindən təzyiq edildiyi iddia olunub.

 

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

 

Bildirilib ki, onlar sənədlə parklanma fəaliyyəti ilə məşğul olsalar da, maneə törədilib.

 

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev açıqlama verib.

 

Onun sözlərinə görə, paytaxtın Nəsimi rayonunda hərəkətin intensiv olduğu küçədə qanunsuz parklanma fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında tədbirlər görülür:

 

“Bir qrup müharibə veteranı tərəfindən əhalinin və avtomobillərin intensiv hərəkət etdiyi əsas küçələrdən birində qanunsuz və intizamsız parklanma hərəkətin fasiləsiz təşkilində bir sıra çətinliklər yaradıb. Bunu nəzərə alaraq, bu qanunsuz fəaliyyətin qarşısı alınmaqla, aidiyyəti icra orqanları tərəfindən həmin fəaliyyəti təşkil edən şəxsləri qayğılandıran halların aradan qaldırılması istiqamətində işlər davam etdirilir”.

 

Polis əməkdaşları tərəfindən onlara qarşı təzyiq edilməsi iddialarına cavab olaraq, N.Əliyev bildirib ki, daxili işlər orqanlarında minlərlə Vətən müharibəsi iştirakçısı xidmət edir:

 

“Tək sıralarımızda olanlar yox, hər bir veteranı maraqlandıran məsələyə qanun çərçivəsində tərəfimizdən dəstək verilir, onlara hörmət göstərilir. Hansısa müharibə veteranına təzyiq edilməsi iddiası mübahisəlidir, həqiqəti əks etdirmir. Hüquq qaydasının qorunmasına məsul olan polis əməkdaşları qanunla üzərlərinə düşən vəzifələri icra edirlər. Ərazini kütləvi şəkildə zəbt etməklə digər şəxslərin hərəkətinə maneə yaradılması hüquq pozuntusudur və buna görə qanunamüvafiq tədbirlər görülür”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ermənistan Rusiya üçün qüsurlu, xəyanətkar bacı obrazındadır”

Sümüklərdə infeksiyalaşma - ƏLAMƏTLƏR və MÜALİCƏ

Laçının Alıcan kəndi ləğv edilir

Laçında ƏMƏK YARMARKASI

İraq-Azərbaycan əməkdaşlığı dərinləşir

Kimsəsiz qızlarla evlənmək istəyənlərin SAYI

Şuşanın bəzi kəndləri Xocalı rayonunun tərkibinə verilir

"Özünə rəva bilmədiyini bizdən gözləmək həyasızlıqdır"

8 rayonun inzibati ərazi bölgüsündə qismən DƏYİŞİKLİK

Ulu öndər Heydər Əliyevin Azərbaycana 1-ci rəhbərliyi dövrü – TARİX

Ağdərənin tərkibinə veriləcək KƏNDLƏR

Ailə qurmaq istəyən şəxslərə genetikdən ÇAĞIRIŞ

TƏBİB-dən qızılca ilə bağlı AÇIQLAMA

Sahibkarlara XƏBƏRDARLIQ

Bələdiyyə sədri inzibati məsuliyyətə CƏLB OLUNDU