TƏKLİF: Kahramanmaraşdakı əraziyə ölkəmizlə əlaqəli ad qoyulsun


Milli Məclisin deputatı Musa Qasımlı Kahramanmaraş vilayətində Azərbaycanın tikəcəyi əraziyə ölkəmizlə əlaqəli adın qoyulmasını təklif edib.
Versus.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.
“Azərbaycan işğalda olan torpaqlarını azad etdi, bu gün təkbaşın öz maliyyəsi hesabına ərazilərini dirçəldir. Belə şəraitdə Azərbaycanın qardaş ölkəyə yardım etməsi, orada şəhər tikməsi sadə məsələ deyil. Bu gələcək nəsillər üçün də çox əhəmiyyətlidir. Təbii ki, o şəhərin adının qoyulması qardaş ölkənin daxili işidir. Lakin hesab edirəm ki, yeni tikilən şəhərin Azərbaycanla bağlı hər hansı formada adının olması gələcək nəsillər üçün böyük tarixi əhəmiyyat daşıyar”, - deyə o bildirib.
Xəbər lenti

Uşaqları udan bu KABUS həkimdən QORXUR
“Həkimə müraciət etmək ona görə mütləqdir ki, ağırlaşmalar uşağın həyatına son qoymasın”