Laçının Zabux kəndinə növbəti köç KARVANI


Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
Versus.Az xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından Bakı şəhərindən 15 ailə (57 nəfər);
Abşeron rayonundan beş ailə (14 nəfər);
Tərtər rayonundan iki ailə (10 nəfər);
Lənkəran şəhərindən bir ailə (dörd nəfər);
Bərdə rayonundan bir ailə (beş nəfər);
Qax rayonundan bir ailə (dörd nəfər) olmaqla ümumilikdə 25 ailə (94 nəfər) Laçın rayonunun Zabux kındinə yola salınıb.
Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 21 ailə (94 nəfər) köçürülüb.
Xəbər lenti

Dünyanın seysmoloji MƏNZƏRƏSİ
Harada güclü zəlzələ olur, harada heç olmur...