Tarkanın Bakı konsertindən rekord göstərici


Türkiyənin meqaulduzu Tarkanın noyabrın 25-də Bakıda baş tutacaq konsertinə rekord sayda bilet satılıb.
Versus.Az xəbər verir ki, Tarkanın “Baku Crystall Hall”da gerçəkləşəcək konsertinə artıq 18 mindən çox bilet satılıb.
Bu, ölkəmizdə konsert verən rus və türk müğənnilər arasında rekord göstəricidir.
30 nəfərlik komanda ilə Bakıya gələcək Tarkan səhnədə hitlərini səsləndirəcək. Onun azərbaycanlı dinləyicilərinə sürpriz etməsi də gözlənilir.
Qeyd edək ki, bundan öncə “iTicket production”ın təşkilatçılığı ilə Özbəkistan və Qazaxstanda sevənlərinin qarşısına çıxan sənətçi turnesini Azərbaycanda sonlandıracaq.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti

Türkiyədə gözlənilən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ
"Dəqiq vaxtla bağlı konkret heç nə deyə bilmirik"