Deputat Türk dünyası KİV-inə çağırış edib

15:44 28-02-2019 | icon 159 | Siyasət
Deputat Türk dünyası KİV-inə çağırış edib

Qənirə Paşayeva Türkiyə televiziyalarına Xocalı Soyqırımı, Qarabağ problemi və Ermənistanın işğalçılıq siyasətindən danışıb

 

 

Millət vəkili Qənirə Paşayeva Türkiyənin bir sıra televiziya kanalları CNN Türk, NTV, Kanal 24, TVNET və  bir sıra digər kanalların canlı yayımında qonağı olub və onlara  Xocalı Soyqırımı ilə bağlı geniş müsahibə verib.

 

Versus.Az-ın məlumatına görə, Türkiyənin  KİV-ləri Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı  mübarizədə daha fəal olmalıdırlar deyən millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımı, Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti barədə danışıb. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır öz yurd-yuvasına dönə bilmir.

 

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verən deputat vurğulayıb ki, rəsmi İrəvan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətlə bağlı danışan Qənirə Paşayeva deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa münaqişənin həll edilməsi üçün təəssüf ki, heç bir addım atmırlar. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan ATƏT MQ həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın vəziyyəti daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur.

 

Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük missiya düşdüyünü deyən Qənirə Paşayeva Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb, bununlabağlı jurnalistlərin suallarını geniş cavablandırıb.

 

Millət vəkili eyni zamanda Türkiyənin bir sıra televiziya kanallarının rəhbər şəxsləri ilə də görüşüb, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılması istiqamətində müzakirələr aparıb və bu mövzulara daha geniş yer verilməsinin vacibliyindən danışıb, TV kanalların rəhbər şəxsləri öz növbəsində hər zaman Azərbaycanın yanındayıq deyiblər.

 

Q.Paşayeva eyni zamanda Türkiyənin bir sıra universitetlərində təhsil alan azərbaycanlı tələbələr və Türkiyənin qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşüb, Qarabağ həqiqətlərinin daha da geniş yayılması istiqamətində geniş müzakirələr aparılıb.

 

Versus.Az

Xəbər lenti

"Əsirlikdə qalan Laçınım"

Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 27 il keçməsi ilə əlaqədar keçirilən dəyirmi masa...

Allah rəhmət eləsin

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti və dostluq qrupunun prezidenti ilə görüşüb

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefis

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd ediləcək

Bakıda Atatürkü anma, idman və gənclik bayramı münasibətilə tədbir keçirilib

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Qədim sənətin müasir ustası - FOTO/VİDEO

Bu gün Bakıda 28 muzeyi ödənişsiz ziyarət etmək olar

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının üçüncü günü start götürüb

Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib

Azərbaycan Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Bu gün TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

AXH Novxanı qəsəbəsində yürüş edəcək

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə