"Ölkə başçısı insanları narahat edən məsələlərə münasibətdə həssasdır"

13:22 01-03-2019 | icon 57 | Siyasət
"Ölkə başçısı insanları narahat edən məsələlərə münasibətdə həssasdır"

 

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman insanların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində son aylar qəbul edilən silsilə sərəncamların davamıdır. Bu, həm də ölkə rəhbərinin vətəndaşların rifahının  yüksəldilməsinə, onların təkliflərinə, müraciətlərinə həssaslıqla yanaşmasının nümunəsidir.

 

Versus.Az bildirir ki, bunu millət vəkili Tahir Rzayev deyib.O, qeyd edib ki, insanları narahat edən müəyyən məsələlərə münasibətdə ölkə başçısı həssasdır və daimi olaraq bu məsələlər gündəmə gətirilir, həll yolları tapılır, lazımi qərarlar qəbul edilir.

 

“Şəhid ailələrinə birdəfəlik müavinətlərin ödənilməsi, minimum əməkhaqlarının,  pensiyaların, tələbələrin təqaüdlərinin artırılması, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması, onların mənzillərlə təmin edilməsi, eləcə də, problemli kreditlərin həlli bu qayğı və diqqətin  nəticəsidir. Azərbaycan vətəndaşları ölkə rəhbərinin imzaladağı bu fərman və sərəncamları onların rifahının yüksəldilməsi sahəsində həyata keçirilən ən mühüm tədbirlər kimi qiymətləndirir və dövlət başçısına öz minnətdarlıqlarını ifadə edirlər. Bütövlükdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində imzalanmış bu sərəncamlar sözsüz ki, vətəndaşların ölkə rəhbərinə olan inamını daha da artırır və xalq-iqtidar birliyini gücləndirir”.

 

Millət vəkili eyni zamanda bildirib ki, problemli kreditlərlə bağlı məsələnin həllinin məntiqi davam olaraq, ölkənin bank-maliyyə sektoru digər problemli məsələlərin həllində özü daha çox təşəbbüskar olmalıdır.

 

“Bəli, 2014-2015-ci ildə dünyada, o cümlədən, ölkənin bank-maliyyə sektorunda yaşanan hadisələrlə bağlı müyyən problemlər meydana çıxdı. Xüsusilə də, 2015-ci ilin 21 fevral və 21 dekabr tarixlərində devalvasiyalar yaşandı, vətəndaşların banklara kredit ödənişlərində ciddi sıxıntılar yarandı. Təəssüflər olsun ki, bank sektoru bu məsələlərin həlli istiqamətində irəliyə doğru ciddi addımlar atmadığı, vətəndaşlarla ümumi dil tapa, ortaq məxrəcə gələ bilmədiyi üçün problemli kreditlər məsələsi ortaya çıxdı. Ötən illər ərzində də bu məsələnin gündəmə gətirilmədiyi gün demək olar ki, qalmadı. Həm geniş ictimaiyyətdə, həm mediada, həm parlamentin özündə bu yöndə çeşidli müzakirələr getdi, ən müxtəlif həll yolları səsləndirildi və nəticədə daim xalqının, öz vətəndaşının yanında olan ölkə prezidenti və onun ən yaxın silahdaşı birinci vitse-prezident, ölkənin birinci xanımı Mehriban Əliyeva bu məsələyə əl qoydu. Bu məsələnin həlli istiqamətində həm ölkə prezidenti, həm birinci vitse-prezident növbəti dəfə konkret iradə qoydu və məsələnin araşdırılaraq, həlli yollarının, mexanizmlərinin tapılmasına ciddi tapşırıqlar verildi.Məhz onların sayəsində bugünkü nəticəyə gəlindi, məlum tarixi fərman ortaya qoyuldu. Hesab edirəm ki, bu tarixi, bu nəcib, bu xeyirxah addımın davamı olaraq, banklar da irəliyə doğru addım atmalı, digər məsələlərin həllində özləri də təşəbbüskkar olmalı, real iqtisadiyyata böyük yatırımlar etməlidirlər. Eyni zamanda, vətəndaşların yükünün bir qədər də azaldılmasında iştirakçı olmalıdırlar. Xüsusilə də, dollarla kredit verilməsi məsələsi aradan qaldırılmalıdır.Çünki Azərbaycanda milli valyuta məhz manat olduğu, bütün ödənişlər, hesablaşmalar və sair, hamısı manat aparıldığı üçün  kreditlər məsələsində də bu məsələ öz əksini tapmalıdır. Bu, həmçinin, banklara birbaşa aid olan bir məsələdir.Əgər bizdə milli valyuta manatdırsa, məhz kreditlər, xüsusilə də, daha geniş miqyasda insanın yararlandığı istehlak kreditləri yalnız manatla verilməlidir. Çox təəssüflər olsun ki, müyyən məqamlarda bundan yayınmaların, kreditlərin məhz dollarla verilməsinin də şahidi olduq,  hətta, bəzi banklar bir müddət manatla kredit verməkdən əsassız olaraq imtina etdilər. Sonra bu məsələ bir qədər yumşalsa da, amma yenə də məsələ öz tam həllini tapmayıb. Bu məsələ birdəfəlik həllini tapmalıdır, kreditlər məhz öz milli vlayutamızla, manatla verilməlidir, eyni zamanda, faiz dərəcələri kəskin şəkildə aşağı salnmalı, ən azı yarıbarıya endirilməlidir. Bu da bankların həm insanlara, həm də bütövlükdə ölkənin sosial-iqtisadi inkişafına böyük töhfəsi olardı”-deyə, millət vəkili sözlərinə əlavə edib.

 

Versus.AZ

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb