"Bakı Marafonu-2019" başlayır

14:00 01-03-2019 | icon 55 | İdman
 "Bakı Marafonu-2019" başlayır

 

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" keçiriləcək.

 

Versus.Az  Trend-ə istinadən bildirir ki, layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.

"Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

Yarışda iştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər martın 4-dən mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki ("28 Mall", "Gənclik Mall", "Port Baku Mall") qeydiyyat məntəqələrinə və ya "Bakı Marafonu-2019"un saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.

Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə [email protected] elektron poçt ünvanına yazaraq müraciət edə bilər. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.

"Bakı Marafonu-2019"un eksklüziv tərəfdaşı "Azercell Telekom" şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyi, eləcə də AFFA və SOCAR-ın dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.

"Bakı Marafonu-2019"un mükafatlandırması iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

 

O cümlədən, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə "Bakı Marafonu-2019"un xüsusi medalları ilə təltif ediləcək.

Bundan əlavə, marşrut boyunca bir sıra əyləncəli proqramlar təşkil ediləcək.

Qeyd edək ki, ötən il keçirilən sonuncu Bakı marafonunda 18 min iştirakçı qeydiyyatdan keçmişdi.

Keçən yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, ABŞ, Braziliya, Çex Respublikası, Fransa, Hindistan, İran, İsveçrə, İspaniya, Qazaxıstan, Malayziya, Meksika, Özbəkistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Ukrayna və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, "BP Azərbaycan" şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının təmsilçiləri də qoşulmuşdu. Yarımarafonlarda ABŞ, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İraq, İran, İspaniya, Keniya, Kolumbiya, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdən turistlər də iştirak etmişdi. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu.

"Bakı Marafonu-2019" ilə bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumatlar layihənin rəsmi feysbuk səhifəsi - www.facebook.com/bakumarathon və www.baku.marathon.az saytında təqdim ediləcək.

 

Versus.Az

Xəbər lenti

V qrup üzrə tələb olunan minimal ballar və qabiliyyət imtahanlarının tarixləri – Aktual sual

V ixtisas qrupunun abituriyentləri qəbul imtahanının II mərhələsini vermədən müsabiqədə iştirak edə bilirlər

Ən əzablı qətlə məruz qalan, Avropa alimlərini qidalandıran sirr dolu alim – Azərbaycan filosofu

Leyla Abdullayeva: Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır

Ramazanın 16-cı gününün duası, imsak və iftar vaxtı

Ramazanda 30 günlük orucun orqanizmə MÖCÜZƏVİ TƏSİRİ

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

Azərbaycan və İran sərhədyanı ərazilərdə televiziya və FM radio yayımları tənzimlənəcək

Qəbələdə ər həyat yoldaşının başını kəsib

İran aşağı faizli uran istehsalını 4 dəfə artırdığını bəyan edib

Putindən Zelenskiyə mesaj...

İran XİN Trampa: "Heç vaxt iranlını hədələmə"

Rusiyadakı jurnalistimiz Fuad Abbasovla bağlı şok informasiya

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

AXH üzvləri polisə aparılır

Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü

Millət vəkili Qovlarda müəllim və şagirdlərlə görüşüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

AXH Novxanı qəsəbəsində yürüş edəcək