"Qadınların gələcəyi 2019" - II BEYNƏLXALQ KONFRANS

14:10 01-03-2019 | icon 180 | Cəmiyyət
"Qadınların gələcəyi 2019" - II BEYNƏLXALQ KONFRANS

Fəal xanımlarımız Şri-Lankada Azərbaycan həqiqətlərindən danışıblar

 

 

Azərbaycanın fəal qadınları Şri-Lankanın paytaxtı Kolombo şəhərində beynəlxalq qadın konfransında iştirak ediblər.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili, siyasi elmlər doktoru, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları - İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimləri - professor, tarix elmləri doktoru İradə Hüseynova, dosent, iqtisadiyyat üzrə fəlsəfə doktoru Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının təmsilçisi Sevda Nəcəfova , Fitoterapevtlər cəmiyyətinin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, iş qadınları Yeganə Malkoç, Naibə Abdullayeva, Ramilə Şirinova, Pərvanə Mustafayeva, fəal qadınlar Yeganə Əliyeva, Cəmilə İsmayılova Nigar Qələndərova Şri-Lankanın paytaxtı Kolombo şəhərində keçirilən "Qadınların gələcəyi 2019" adlı 2-ci beynəlxalq konfransda iştirak ediblər, müzakirələr zamanı təkliflərlə çıxış ediblər.

 

Dünyanın 20-dən artıq ölkəsindən çox sayda fəal qadınların qatıldığı beynəlxalq konfransda qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparılıb, konkret təkliflərlə çıxış ediblər.

 

Millət vəkili Qənirə Paşayeva və nümayəndə heyətinin üzvləri beynəlxalq konfransda müzakirələr zamanı təkliflərlə çıxış ediblər və müxtəlif ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək onlara Azərbaycanla bağlı, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıblar, əksər dünya ölkələrindən də əvvəl Azərbaycanda qadınlara seçib-seçilmək hüququnün 1918-ci ildə verildiyini diqqətə çatdırıblar, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar veriblər.

 

Q.Paşayeva və nümayəndə heyətinin üzvləri bildiriblər ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili Q.Paşayeva və nümayəndə heyətinin üzvləri vurğulayıblar ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər.

 

Q.Paşayeva və nümayəndə heyətinin üzvləri Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıblar. Onlar görüşlər zamanı Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat veriblər. Azərbaycanda qadınların cəmiyyətdə rolu barədə də danışıblar  və fikir mübadiləsi olub.

 

İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili və nümayəndə heyətinin üzvləri qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyiblər. Azərbaycanın böyük maarifçi qadınları barədə məlumatlar verməklə yanaşı bu gün ölkəmizdə qadınların bütün sahələrdə artan rolu barədə də görüşlərr zamanı geniş məlumatlar təqdim ediblər.

 

Azərbaycanın qərblə şərq, qərblə müsəlman dünyası arasında önəmli bir körpü olduğunu və mədəniyyətlərarası dialoq sahəsində gördüyü böyük işlər, əldə edilən uğurlar və bu sahədə ölkəmizdə olan örnək vəziyyət barədə də geniş məlumatlar verən millət vəkili Q.Paşayeva və nümayəndə heyətinin üzvləri dünyanını müxtəlif bölgələrindən gəlmiş tanınmış qadınları ölkəmizə dəvət ediblər.

 

Konfrans çərçivəsində tədbirin təşkilatçılarından olan Bilgilərin idarəetməsi üzrə beynəlxalq institutun həmtəsisçisi və icraçı direktoru İsanka P.Gamage ilə görüş keçirilib, qadınlarla bağlı bu cür beynəlxalq konfransın əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb və ona Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətlərinə dair materiallar təqdim edilib və ölkəmizə dəvət edilib.

 

Versus.Az

Xəbər lenti

"Əsirlikdə qalan Laçınım"

Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 27 il keçməsi ilə əlaqədar keçirilən dəyirmi masa...

Allah rəhmət eləsin

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti və dostluq qrupunun prezidenti ilə görüşüb

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefis

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd ediləcək

Bakıda Atatürkü anma, idman və gənclik bayramı münasibətilə tədbir keçirilib

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Qədim sənətin müasir ustası - FOTO/VİDEO

Bu gün Bakıda 28 muzeyi ödənişsiz ziyarət etmək olar

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının üçüncü günü start götürüb

Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib

Azərbaycan Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Bu gün TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

AXH Novxanı qəsəbəsində yürüş edəcək

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə