Bütün dünya üçün sosial inqilab nümunəsi...

17:07 01-03-2019 | icon 58 | Siyasət
Bütün dünya üçün sosial inqilab nümunəsi...

 

Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin sosial məsələlərinin həlli istiqamətində qəbul etdiyi qərarlar bütün dünya üçün sosial inqilab nümunəsidir. Dövlətimizin başçısının Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ilə vətəndaşların kredit problemi də həll olundu. Prezident İlham Əliyev problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi.

 

Versus.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a  Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, dövlətimizin başçısının iqtisadi və sosial məsələlərlə bağlı müşavirədəki anonsundan sonra belə bir qərarın qəbul ediləcəyi gözlənilən idi. Azərbaycan cəmiyyəti bu qərarı gözləyirdi. Şübhəsiz ki, bu, mürəkkəb yanaşma tələb edən ciddi bir məsələ idi. Problemli kreditlər bir milyard dollardan çox məbləği əhatə edirdi. Onun həll olunması üçün optimal variant tapmaq lazım idi. İmzalanan Fərmandan aydın olur ki, vətəndaşlara dəyən az qala bütün zərərin ödənilməsi ilə bağlı qərar qəbul edilib. Dövlət problemin həlli ilə bağlı məsuliyyətin və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürüb.

 

İki dövr və mərhələdə alınan kreditləri əhatə edən qərar bütövlükdə problemli kreditlərin hamısının həllinə töhfə verəcək. Birinci dövr 2015-ci ilin fevralın 21-nə qədər olan müddətdə götürülən kreditlərin həlli ilə bağlıdır. İkinci dövr isə 2015-ci ilin fevralın 22-dən dekabrın 21-nə qədər olan dövrdə vətəndaşların götürdüyü kreditlərlə bağlıdır. Maksimal hədd 10 min dollar, 17 min manat səviyyəsində müəyyənləşdirilib ki, bu da əslində vətəndaşların gözləntilərindən də çoxdur. Çünki 3-5 min dolları əhatə edəcək məbləğlə bağlı belə bir Fərmanın veriləcəyi gözləntisi var idi. Amma Prezident İlham Əliyevin Fərmanı ilə 10 min dollara qədər olan problemli kreditlərin həllinə dair qərar qəbul edildi.

Birinci mərhələdə götürülən hər 1 dollara görə, 0,25 manat ödənişin müəyyənləşdirilməsi əslində devalvasiya nəticəsində olan artımın tamam silinməsi deməkdir. Fevralın 22-dən dekabrın 21-nə qədər götürülən hər dollar kreditə görə isə 0,6 manat ödənişin müəyyənləşməsi ilə də analoji situasiyanın şahidi oluruq. Bu, təkcə problemli kreditlərin həlli məsələsinə dövlətin verdiyi töhfə deyil, eyni zamanda, ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə də stimul yaradan bir qərardır. Bu prosesdən həm vətəndaş, həm də banklar qazanır. Atılan bu addımı banklarla vətəndaşlar arasında qarşılıqlı etimadın bərpa olunması kimi də qiymətləndirmək olar.

Vətəndaşlarımız bir daha hiss etdilər ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır. Hər hansı bir forsmajor situasiya yaranarsa, dövlət onların problemlərini həll etməyə qadirdir. Bunun üçün Azərbaycan Prezidentinin siyasi iradəsi var.

 

Versus.Az

Xəbər lenti

Stalinlə vidalaşarkən 3 min insan ayaq altında qalaraq ölüb 

– Böyük rəhbərə son dəfə qurban gedən kiçik adamlar

Azərbaycanlı cüdoçu ermənini məğlub etdi və qızıl medal qazandı -

Nikol Paşinyanın çağırışı ilə Ermənistanda vətəndaşlar məhkəmələrin giriş-çıxışını bağlayıb

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib -YENİLƏNİB

Azərbaycan təmsilçisi Çingiz Mustafayevin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməyib

Fizuli Məmmədov jurnalist Fuad Abbasova dəstək verməyə hazırdı

“Paşinyanın cavabı döyüş meydanında verilməlidir”-MÜSAHİBƏ

Qarabağ klanı Paşinyana qarşı əks-inqilab hazırlayır

Oğul 77 yaşlı anasını öldürdü – Nardaranda dəhşət

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Azərbaycanda dəhşətli hadisədə ölən tələbə...

Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

XIN “Hayastan”ın Qarabağda elədiyi layihələrə beynəlxalq aləmdə münasibət bildirilməsini təmin etməlidir...

Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

AXH Novxanı qəsəbəsində yürüş edəcək